Accessibility links

Baydenin irəli sürdüyü qanun layihələri böyük çətinliklərlə üzləşir


Baydenin irəli sürdüyü qanun layihələri böyük çətinliklərlə üzləşir
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Co Bayden artıq vəzifədəki ilk yüz gününü geridə qoyub və indi onu qanunvericilik gündəminin geri qalan hissəsini Konqresdə təqsiqlətmək kimi böyük çətinliklər gözləyir.

Önümüzdəki həftələrdə ABŞ Konqresində müzakirə olunacaq ambisiyalı təkliflər siyahısının başında Prezident Baydenin 2.7 trilyon dollarlıq Amerika İş Yeri Planı yer alır.

Amerikada yolları və körpüləri yeniləməyi, interneti gücləndirməyi və təmiz suyu təmin etməyi nəzərdə tutan bu nəhəng qanun layihəsi indidən Respublikaçılar tərəfindən tənqid olunur.

“O, vergi tətbiq etməklə, xərcləməklə və tənzimləməklə ölkəmizə rifah gətirə biləcətinə inanır,” Respublikaçı senator Con Kennedi bildirib.

Bu ay Konqresdə bu qanun layihəsinə böyük diqqət ayrılacaq.

“Mən ehtimal edirəm ki, polis islahatı ilə bağlı qanun layihəsi, silahlara nəzarət və immiqrasiya kimi şeylər indi bir kənara atılacaq və diqqət Amerika Ailə Planı və infrastruktur qanun layihəsinə yönələcək, çünki mən bilirəm ki, onlar bu iki böyük qanun layihəsi ilə bağlı daha çox iş görə bilər,” Corc Vaşinqton Universitetindən təhlilçi Keysi Burqat bildirir.

Amma Bayden qanunvericiləri polis islahatı ilə bağlı qanun layihəsinə yenidən nəzər salmağa çağırıb. Bənzər təklif ötən ilin yayında Corc Floydun ölümü ilə bağlı etirazlar fonunda ABŞ Senatı tərəfindən təsdiq olunmayıb.

“Biz hüquq mühafizə orqanları ilə onların xidmət etdiyi insanlar arasında etimadı bərpa etmək üçün bir araya gəlməliyik. Gəlin bunu Corc Floydun ölümününü birinci ildönümünə qədər edək,” Prezident Co Bayden deyib.

Demokratlar həmçinin bu ilin əvvəli böyük immiqrasiya islahatı qanun layihəsini təqdim ediblər. Lakin siyasi çətinlikləri nəzərə alaraq bu qanun layihəsinin yalnız kiçik hissələri təsdiq oluna bilər.

“Otuz ildən çoxdur siyasətçilər immiqrasiya islahatı barədə danışırlar, amma biz bununla bağlı heç nə etməməmişik. Artıq bunu düzəltmək vaxtıdır,” Prezident Bayden söyləyib.

Bu qanun layihələrinin üzləşdiyi əsas əngəl isə filibasterdir.

“Filibaster onsuzda artıq əngəl törədir. Amma günün sonunda ən əsas sual odur ki, onlar filibasterə dəyişiklik etmək üçün öz partiyaları daxilində kifayət qədər səsə malikdirlərmi?” Brunkinq İnstitutunun təhlilçisi Molli Reynolds bildirir.

Bayden və Demokratların irəli sürdükləri qanun layihələrini təsdiqlətmək üçün ən böyük fürsətləri bu yay var, çünki yaxında Konqresin diqqəti hökumətin büdcə planını təsdiqləməyə, daha sonra isə gələn il keçiriləcək ara seçkilərə yönələcək.

XS
SM
MD
LG