Accessibility links

Baydenin prezidentliyinin ilk həftəsi - siyasi qərarlar və birlik səyləri


Baydenin prezidentliyinin ilk həftəsi - siyasi qərarlar və birlik səyləri
please wait

No media source currently available

0:00 0:03:21 0:00

Prezident Co Bayden vəzifəsinin icrasına başladığı ilk həftə əsas diqqəti Tramp administrasiyasının bir sıra qərarlarının dəyişdirilməsi, COVİD-19 pandemiyasına qarşı mübarizə, iqtisadi problemlərin ünvanlanması, mühacirət və iqlim dəyişiklikliyi kimi məsələlərə yönəldib. ABŞ-ın yeni prezidentinin siyasi qərarları və addımlarının dərin fikir ayrılıqlarının mövcud olduğu ölkədə necə qəbul ediləcəyi diqqət mərkəzindədir.

Prezident Co Bayden yanvarın 20-də vəzifəsinin icrasına ölkədə birlik yaradılması mesajı verərək başlayıb.

“Birlik olduqda böyük işlər, vacib işlər görə bilərik. Səhvləri düzəldə bilərik, insanları yaxşı işlərdə çalışdıra bilərik.”

Vəzifəsinin icrasına başladığı ilk həftə demokrat Bayden respublikaçı sələfi Donald Trampın enerji, xarici siyasət, mühacirət və başqa sahələrdə qərarlarını dəyişdirib.

Bunların çoxu Baydenin kampaniya vədləridir. Lakin Senator Marko Rubio digər respublikaçıların da dilə gətirdiyi tənqidləri səsləndirib.

Senator Marko Rubio: “İndi bizim mərkəzçi kimi danışan, amma ifrat soldan idarə edən bir prezidentimiz var və biz bal ayında burada oturub bunları seyr edə bilmərik.”

Bəzi müşahidəçilər Baydenin addımlarının onun administrasiyasının Trampın prezidentliyi dövründən kəskin dönüş etdiyinə işarə olduğunu bildlirir.

Julia Azari, professor, Marquette Universiteti: “Bu, əvvəlki administrasiyanın kursundan fərqli istiqamətdə hərəkət edildiyinə işarədir və tamamilə aydındır ki, bu, müəyyən bölünmə olmadan baş verməyəcək. Lakin eyni zamanda, bu siyasətlərin kifayət qədər populyar olduğunu göstərən bir sıra sorğular da var.”

Bunlardan biri Baydenin transgenderlərin yenidən ABŞ hərbi qüvvələrində xidmət etməsinə imkan verər qərarıdır. Gallup sorğusuna əsasən, amerikalıların 70 faizi 2019-cu ildə buna dəstək verib.

Müşahidəçilərin bildirdiyinə görə, Baydenin birlik çağırışları və onun ilkin siyasi qərarları vəzifəyə maliyyə böhranı zaman gəlmiş keçmiş prezident Barak Obamanın yanaşmasını xatırladır.

Bayden bundan fərqli bir böhranla qarşılaşıb: COVİD-19 pandemiyası 400 mindən çox amerikalının həyatına son qoyub və iqtisadiyyatı tənəzzülə uğradıb. Onun qarşısında çətin yol durur.

Nikolas Boşamp, Northestern Universitetinin professoru: “Obamaya gəlgikdə, verilən mesajların sağ və sol cinahın birliyi baxımından işə yaradığını düşünmürəm. Bunun ində də işə yaraya biləcəyi fikrində deyiləm. Belə hesab edilir ki, indi bölünmüş ölkəni birləşdirmək baxımından ən çətin situasiyalardan ən yaxşısıdır.

Bayden Senatda fevralın 9-da Trampın ikinci impiçmentini dəstəklədiyini bildirib.

Nümayəndələr Palatası Trampı yanvarın 6-da ABŞ Kapitolisinə hücumla nəticələnən hərəkətlərinə görə “üsyana təhrik etmək”də ittiham edərək impiç edib. Tramp öz hərəkətlərini müdafiə edib və həmin gün baş verən zorakılıqları qınayıb. Lakin Senatdakı Demokratlar Trampın məsuliyyət daşımalı olduğunda israr edir.

Baydenin birlik çağırışları Respiblikaçıların çoxunu qəzəbləndirən siyasi dəyişiklikləri həyata keçirməsinə baxmayaraq, ölkəni bölüşdürülən birgə demokratik dəyərlər əsasında birləşdirməyə yönəlib. Professor Azari burada bir ziddiyyət görmür.

Julia Azari, professor, Marquette Universiteti: “İki tərəf siyasət ətrafında mübarizə aparacaq və onların siyasi məsələlərdə birliyi mütləq deyil.”

Respublikaçılar Baydeni sələfinin siyasi irsini ləğv etməkdə günahlandıra bilər. Demokratlar dörd il əvvəl eynilə Trampı günahlandırırdı.

XS
SM
MD
LG