Accessibility links

Baydenin vitse-prezidentliyə namizədi kim olacaq?


Baydenin vitse-prezidentliyə namizədi kim olacaq?
please wait

No media source currently available

0:00 0:02:35 0:00

ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümündən sonra “Qaraların Həyatı Mühümdür” şüarı ilə etirazların baş qaldırması Demokrat namizəd Co Baydenə vitse-prezidentliyə afroamerikalı namizəd seçmək üçün təzyiqlərin artmasına gətirib çıxarıb. Bayden bundan öncə bu vəzifəyə qadın seçəcəyini vəd edib, lakin hazırda ölkədə siyasi mənzərənin dəyişməsi ilə indiyə qədər nəzərdən keçirilməyən afroamerikalı qadın siyasətçilər üçün perspektivlər artır.

Ölkədə irqi ədalətsizliyə qarşı bəzilərinin hesab etdiyi kimi, prezident Donald Trampın etirazların hərbi qüvvələrin köməyi ilə yatırılması çağırışları ilə güclənən etiraz nümayişləri Co Baydenin vitse-prezident postuna qadın namizəd göstərməsi üçün təzyiqlərin artmasına gətirib çıxarıb.

Harvard Universitetinin siyasi elmlər professoru Niambi Karter: “O, afroamerikalı seçicilərə nəsə təklif etməlidir. Burada söhbət təkcə Donald Trampın pis şəxs olmasından getməməlidir. Daha əsaslı bir şey olmalıdır.”

Demokrat namizəd vitse-prezident postuna yüksək kvalifikasiyası olan bir qadın seçəcəyinə söz verib.

İrqi zəmində gərginliklərin ünvanlanması və afroamerikalı seçicilərin aktivləşdirilməsinə ehtiyac diqqəti Kaliforniya senatoru Kamaliya Harrisə yönəldib. Hindistan və Yamayka mühacirlərinin qızı olan Harris Demokrat partiyasının praymerilərində Baydenə məğlub olub.

Bu arada, prezidentliyə keçmiş rəqib namizədlərdən biri olan Minnesota senatoru Emi Klobuçarın perspektivləri ştatın prokuroru olduğu dövrdə polis zorakılığı halları ilə daha ciddi məşğul olmadığına görə azalır.

Corciya ştatında Atlanta meri Kişa Lans Bottoms şəhərdə etirazlar haqda odlu çıxışı və nümayişlər zamanı ifrat gücdən istifadə edən polis işçilərini kənarlaşdırdıqdan sonra ölkə səviyyəsində diqqət cəlb edib.

Kişa Lans Bottoms: “Biz başa düşürük ki, bizim polis işçiləri çox böyük stress altında uzun saatlar işləyir, amma biz həm də başa düşürük ki, ifrat gücdən istifadə etmək qəbuledilməzdir.”

Eyni zamanda, prezident Trampa qarşı impiçment prosedurunun menecerlərindən biri olmuş, Florida ştatından Konqres üzvü Val Deminqsin adı daha çox çəkilir. Lakin o, Orlando şəhərində polis idarəsinin rəisi olduğu dövrdə rolu ilə bağlı tənqidlərlə qarşılaşıb.

Corciya ştatında keçmiş qanunverici, Respublikaçıların güclü olduğu ştatda qubernator yarışlarında məğlub olan Steysi Abrams və keçmiş Milli Təhlükəsizlik müşaviri Süzan Rays da mümkün namizədlər hesab edilir.

Abramsın qubernator, ya da senator kimi seçkili vəzifələrdə təcrübəsi olmadığı qeyd edilir.

Siyasi təhilçi Akuna Kuk: “Mən bu yanaşmadan geri çəkilmək istərdim, çünki biz kfalifikasiyaları hansısa bir şəkildə müəyyən edəndə, bu, gördüyümüz bərabərsizliklərin qalmasına gətirib çıxarır.”

Təhlilçilər bildirir ki, Massaçusets senatoru Elizabet Uorren və Miçiqan qubernatoru Qretçen Vitmer kimi ağ qadın demokratlar daha çox təcrübəyə malik olsa da, “Qaraların Həyatı Mühümdür” hərəkatının baş qaldırması həm siyasi, həm də mənəvi baxımdan vitse-prezidentliyə afroamerikalı namizədin seçilə bilməsini zərurətə çevirir.

XS
SM
MD
LG