Accessibility links

Baydenlə Putin arasında görüş Cenevrədə baş tutacaq


O vaxt ABŞ-ın vitse-prezidenti olan Co Bayden ilə Rusiya Prezidenti Vladimir. 10 mart, 2011.
O vaxt ABŞ-ın vitse-prezidenti olan Co Bayden ilə Rusiya Prezidenti Vladimir. 10 mart, 2011.

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə ilk dəfə çərşənbə günü Cenevrədə, iki dünya qüdrəti arasında münasibətlərin pisləşdiyi bir vaxt görüşəcək.

Görüş Baydenin prezident kimi xaricə ilk səfərinin son saatlarında baş tutacaq. Bayden səfər çərçivəsində həmçinin İngiltərənin Kornuol şəhərində Böyük Yeddilərin 4-ci sammitində iştirak edir.

Putin bir hissəsi cümə günü yayımlanan NBC News-a müsahibəsində deyib ki, ABŞ- Rusiya münasibətləri “son illərdəki ən aşağı səviyyəyə enib.”

Ağ Ev şənbə günü bildirib ki, görüşdən sonra media nümayəndələri qarşısında yalnız Bayden çıxış edəcək. Bu isə media və digər müşahidəcilərin çərşənbə günü baş tutacaq görüşdən sonrakı mətbuat brifinqini 2018-ci ildə Helsinkidə Putinlə Tramp arasındakı görüşdən sonrakı mətbuat brifinqi ilə müqayisə etmək imkanın aradan qaldırır.

Tramp sammitdən sonrakı mətbuat konfransında Putinlə həmrəy olaraq Rusiyanın Trampın qalib gəlməsinə yardım etmək üçün ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkisinə müdaxil etmədiyini bildirib, baxmayaraq ki, onun kəşfiyyat idarələri bunun əksini söyləyirdilər.

“Tək başına mətbuat konfransı azad mətbuata görüşdə müzakirə olunan və bizim həm razılaşdığımız həm də fikir ayrılığı yaşadığımız məsələləri çatdırmaq üçün uyğun formatdır,” Ağ Ev rəsmisi bildirib.

Ağ Ev həmçinin Bayden-Putin görüşünün “səmimi və sadə” keçəcəyinə və Baydenin görüşdə Rusiyadan gələn haker hücumları, Kremlin Ukraynaya qarşı təcavüzü, dissidentlərin həbsi və başqa məsələləri qaldıracağını gözlədiyini bildirib.

İki liderin həmçinin strateji nüvə sabitliyi və Rusiya ilə Qərb arasında pisləşən münasibətləri müzakirə edəcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG