Accessibility links

Baydenlə Putin arasında telefon söhbəti baş tutub


ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukrayna ilə sərhədə yaxın ərazidə hərbi qüvvə yerləşdirməsi ilə bağlı narahatlığını ifadə edib.

Ağ Evin açıqladığı bəyanatda ABŞ Prezidenti Co Baydenin çərşənbə axşamı Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı Birləşmiş Ştatların Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sadiqliyini vurğuladığı və Rusiyanı gərginliyi azaltmağa çağırdığı bildirilir.

Bəyanatda deyilir ki, Bayden Krımda və Ukrayna ilə sərhəddə Rusiya qüvvələrinin toplanmasından narahatlığını dilə gətirib.

ABŞ Prezidenti Birləşmiş Ştatların Rusiyanın kiber hücumlar və seçki müdaxiləsi kimi hərəkətlərinə cavab olaraq milli maraqlarını qorumaq üçün "qətiyyətlə" hərəkət edəcəyini açıq şəkildə bildirib.

Ağ Evin açıqladığı bəyanata əsasən, iki lider Yeni START müqaviləsinin uzadılması ilə nəticələnən səyləri davam etdirərək, ABŞ və Rusiyanın silahlara nəzarət və təhlükəsizlik məsələlərində strateji dialoq aparmaq niyyəti daxil olmaqla bir sıra regional və qlobal məsələləri müzakirə edib.

Bayden ABŞ-ın maraqlarına uyğun olaraq Rusiya ilə sabit və proqnozlaşdırılan münasibətlər qurmağa çalışdığını bir daha təsdiqləyib və Putini ABŞ və Rusiyanın qarşılaşdığı problemlərin bütün spektrini müzakirə etmək məqsədilə yaxın aylarda üçüncü bir ölkədə zirvə görüşü keçirməyi təklif edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG