Yanvarın 11-də Müsavat Avropa Koordinasiya Mərkəzi (AKM) və Almaniyanın Bayern ozəyinin bir qrup üzvü Nürnberq səhərində Azərbaycanda siyasi məhbuslara azadlıq tələbi ilə mitinq keçirib.
Müsavat AKM-in məlumatına görə, Bayern Koordinatorluğunun təşkilatçılığı ilə keçirilən aksiyada Azərbaycan hökümətindən narazılıqlar ifadə edilən şüarlar səsləndirilib, “Siyasi məhbuslara azadlıq!” şüarları və siyasi məhbusların fotoları əks olunan plakatlar qaldırılıb.