Accessibility links

Amerikada Prezident günüdür


Prezident günü
Prezident günü

Fevralın 20-də ABŞ-da Prezident günüdür. Bu ənənə 1800-cü illərə gedib çıxır, hansı ki, o zaman insanlar ilk prezident olan Corc Vaşinqtonun 1799-cu ildə ölümündən sonra onun doğum gününü (22 fevral) qeyd etməyə başlayıblar.

1971-ci ildə imzalanmış Ümumi Bazar Ertəsi Bayram Aktına əsasən Vaşinqtonun ad günü və bir neçə digər bayramlar insanlara həftə sonları üç gün istirahət vermək üçün bazar ertəsi gününə köçürülüb. Yeni qanuna görə Vaşinqtonun doğum gününün qeyd edilməsi fevral ayının üçüncü bazar ertəsinə müəyyən edilib, odur ki, bayram Vaşinqtonun ad günü ilə fevralın 12-də olan Prezident Linkolnun ad gününün arasına təsadüf edir.

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirir ki, bu bir çox insanlar tərəfindən bayramın hər iki prezidentin ad gününü qeyd etmək üçün nəzərdə tutulduğunu fikirləşməyə səbəb olub və nəticədə həmin gün bütün prezidentlərin ad günü bayramı kimi tanınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG