Accessibility links

Azərbaycan Novruz bayramını qeyd edir


Novruz bayramı
Novruz bayramı

Azərbaycan Novruz bayramını qeyd edir. Baharın gəlişi Azərbaycanda həm xalq, həm də dövlət tərəfindən geniş təntənələrlə qeyd edilir. Ölkə müstəqillik qazanandan sonra bir qayda olaraq Bakıda – İçəri şəhərdə Qala divarları qarşısında Novruz tonqalı qalanır. İçəri şəhərdə və Milli Parkda Novruz pavilyonları qurulur. Ölkə boyu bütün rayon və kəndlərdə Novruz şənlikləri təntənəli qeyd edilir.

Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyilir ki, Azərbaycanın çoxəsrlik mədəni sərvətlər xəzinəsində Novruz şərəfli yer tutur.

“Novruz bayramı azadlıq və istiqlal duyğularımızın ifadəsinə çevrilməklə möhtəşəm yubileyi ərəfəsində olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin gerçəkləşməsi və XX əsrin sonlarına doğru xalqımızın müstəqil dövlətçilik idealına yenidən qovuşması üçün zəmin hazırlamış milli özünüdərk amillərindəndir”, dövlət başçısı qedy edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Azərbaycana yazın gəlişi martın 20-də, saat 20.15-ə təsadüf edəcək.

Nazirlər Kabinetinin qərarına görə, Novruz bayramında ölkədə martın 20-dən 26-dək qeyri iş günüdür.

Novruz bayramı yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə keçirilir.

2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib.

XS
SM
MD
LG