Accessibility links

BBC: İran COVİD-19-la bağlı statistikanı gizlədir


BBC xəbər agentliyinin bildirdiyinə görə, Fars xidmətinə anonim mənbədən İranın COVID-19-la bağlı məlumatlarında həqiqəti söyləmədiyini göstərən sənədlər sızdırılıb.

Məsələn, BBC bildirir ki, Yaxın Şərq ölkəsində COVID-19-dan ölənlərin sayı İranın göstərdiyindən üç dəfə çoxdur. İyulun 20-dək İranda koronavirusdan 42000 ölüm halı olduğu halda, bu ölkənin Səhiyyə Nazirliyi bu rəqəmin 14 405 olduğunu bildirib.

Eynilə yoluxma sayı da iki dəfə artıqdır. Səhiyyə Nazirliyi 278 827 nəfərin yoluxduğunu bildirsə də, BBC-nin əldə etdiyi sənədlərdə 451 024 yoluxma halının qeydə alındığını deyib.

Bundan əlavə, BBC-nin əldə etdiyi tibbi qeydlərə görə, İranda COVID-19-dan ilk ölüm halı yanvarın 22-də baş verib. Lakin İran koronavirusdan ölüm haqda ilk mləumatı bundan demək olar ki, bir ay sonra verib.

Statistik məlumatlardan asılı olmayaraq, BBC İranın Yaxın Şərqdə COVID-19-un ən ciddi təsirinə məruz qalan ölkə olaraq qaldığını bildirir.

Anonim mənbə məxfi sənədləri mediaya "həqiqəti işıqlandırmaq" və koronavirus pandemiyası ilə əlaqədar "siyasi oyunlara" son qoymaq üçün paylaşdığını bildirib.

XS
SM
MD
LG