Accessibility links

BBC-nin araşdırmaçı jurnalisti Rusiyanı tərk etmək məcburiyyətində qaldığını deyib


BBC-nin Moskvada Rus xidmətinin araşdırmaçı jurnalisti bazar ertəsi yayımlanan bir videoda "presedenti olmayan izləməyə" görə Rusiyanı tərk edərək, Britaniyaya könüllü mühacirətə getmək məcburiyyətində qaldığını deyib.

Rusiya hakimiyyəti oktyabr ayında Andrey Zaxarovu "xarici agent" elan edib. Britaniya tele-radio şirkəti o zaman bu qərarı qəti şəkildə rədd edərək, onu ləğv etməyə çalışacağını bildirmişdi.

Jurnalistin "xarici agent" kimi müəyyən edilməsi Moskva hakimiyyəti tərəfindən düşmən hesab edilən və xaricdən dəstək alan media orqanlarına qarşı repressiyaların sonuncusu idi. Bundan əlavə, BBC jurnalisti Sarah Rainsford avqust ayında Moskvanın Böyük Britaniyanın xarici mediaya münasibətilə bağlı eyni addım atdığını deyərək onun iş icazəsini yeniləməkdən imtina etməsindən sonra Rusiyanı tərk edib.

Zaxarov Londonda YouTube-a yerləşdirdiyi videoda bildirib ki, o, Moskvadakı fəaliyyətlərinin “presedenti olmayan şəkildə izləndiyini“ gördükdən sonra Rusiyanı tərk etmək məcburiyyətində qalıb.

Jurnalist kim tərəfindən izləndiyini açıqlamayıb, lakin əlavə edib ki, izlənməsinin səbəbinin onun xarici agent elan edilməsi və ya bu yaxınlarda rusiyalı hakerlərlə bağlı araşdırma ilə bağlı olub-olmadığına əmin deyil.

Rusiya Daxili İşlər Nazirliyi video ilə bağlı şərh verməyib.

Kreml dəfələrlə bildirib ki, “xarici agent“ kimi müəyyən olunan jurnalistlər və media qurumları Rusiyada öz işlərinə davam edə bilər.

BBC prezident Vladimir Putinin şəxsi həyatından tutmuş, Rusiyada dezinformasiya "fabriklərinə" qədər müxtəlif mövzuları araşdıran Zaxarovun açıqlamaları ilə bağlı şərhə dair sorğulara cavab verməyib.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG