Accessibility links

Beş nüvə dövləti Pekində görüş keçirir


Beş böyük nüvə dövlətinin diplomatları Pekində görüş keçirir. Bu arada Birləşmiş Ştatlar Rusiya və Çindən nüvə proqramları ilə əlaqədar şəffaflıq tələb edib.

Yanvarın 30-da başlanan ikigünlük konfransın məqsədi nüvə silahlarının yayılmasını önləməkdir. Toplantıya Pekin, Moskva, Vaşinqton, London və Parisdən diplomatlar qatılıb.

BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü-Britaniya, Çin, Fransa, Rusiya və ABŞ nüvə silahına malikdir.

Bu görüş vaxtilə Birləşmiş Ştatlarla Sovet İttifaqı arasında imzalanmış silahlara nəzarət sazişinin – Ortamənzilli Nüvə Qüvvələri (INF) Sazişinin iflas ərəfəsində olduğu bir vaxtda keçirilir.

ABŞ Dövlət katibinin müavini Andrea Tompson konfransda açılış nitqində deyib ki, Nüvə Silahlarının Yayılmaması Sazişi (NPT) çərçivəsində şəffaflığın artırılması cəhdləri “nəticələr” vermir.

“Daha öncə məlumatvermə formatı yaratmağa razılaşmışdıq, amma Birləşmiş Ştatlar, Rusiya və Çinin verdiyi məlumatlar arasında fərq böyükdür”, Tompson deyib. 987-ci ildə imzalanmış INF sazişi isə 500-5500 kilometri vura bilən qanadlı və ballistik raketlərin hazırlanmasını, sınaqdan keçirilməsini və yerləşdirilməsini qadağan edir. Vaşinqtonla NATO Rusiyanı 9M729 qanadlı raketi hazırlamaqla bu sazişi pozmaqda günahlandırır.

Moskva isə həmin raketin sazişi pozmadığını deyir, əksinə, Birləşmiş Ştatları yeni silah yarışına başlamaqdan ötrü bu paktdan çıxmaq istəyində qınayır.

Vaşinqton bildirib ki, Rusiya sazişə əməl etməsə, fevralın 2-dən sazişdən çıxmaq prosesinə start veriləcək.

ABŞ Prezidenti Donald Tramp da Vaşinqtonun ikitərəfli sazişlə məhdudlaşdırıldığını deyir, amma Çin kimi nüvə silahlı ölkələrinin durumunun belə olmadığını əsas gətirir.

Bu ayın əvvəlində Rusiya və ABŞ diplomatlarının Cenevrə danışıqları nəticəsiz bitib.

Pekin toplantısında Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov “birtərəfli münasibətlərin genişlənməsini” nüvə silahlarının yayılmasına təhdid adlandırıb.

“Bir çox məsələlər siyasi iradə olmadığından həllini tapa bilmir”, deyən Ryabkov beş NPT dövləti arasında “qarşılıqlı inam çatışmazlığı”nın olduğunu vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG