Accessibility links

Dövlət Departamenti çimərliklərin təmizlənməsinə çağırıb [Video]


Dövlət Departamenti çimərliklərin təmizlənməsinə çağırıb
please wait

No media source currently available

0:00 0:01:29 0:00

Diplomatlar adətən beynəlxalq səviyyədə təmizlik aparır. Lakin sahillərin təmizləmək onların səlahiyyətinə daxil deyil. Buna baxmayaraq Birləşmiş Ştatların Dövlət Departamenti bəzi ölkələrin diplomatlarını Florida ştatındakı Ki Biskeyn sahilinin təmizlənməsinə çağırıb. Məqsəd sahildən okeanı çirkləndirən plastic qabların və digər zibillərin təmizlənməsidir.

Bu, konsulluq əməkdaşları üçün qeyri-adi gün idi. Bir neçə dövləti təmsil edən nümayəndələr Dövlət Departamentinin Ki Biskeyn sahilindən başlayan “Beynəlxalq Sahil Çimərliklərinin Təmizlənməsi” çağırışına qoşulub.

Dövlət Departamentinin rəsmisi Klifton Siqroves dünya boyu okeanların təmizlənməsinin çox vacib məsələ olduğunu deyir. “Biz diqqəti əsasən dəniz sularının kimyəvi tullantılar, plastik qablardan təmizlənməsinə yönəltmişik. Mənim fikrimcə okenadakı 8 milyon tonluq tullantı bütün dünyaya problem yaradır.”

Uruqvay konsulu Lordes Bone də təmizlik işlərində iştirak edib. “Hər bir şəxs yaşadığı yerin qonaqpərvərliyinin cavabını qaytarmalıdır.”

Tədbirdə iştirak edən hər kəs ilk dəfə Mayami sahlinə çimərlik geyimində deyil, küçə geyimində gəlib. “Mən əvvəllər buraya gəlməmişdim və düşünürəm ki, biz, dünyanın müxtəlif yerlərindən gələn insanlar gözəl anları bölüşürük” deyə, Ekvador konsulu Eduardo Rivadeneyra bildirir.

Günün sonunda onlar 550 kq. zibil yığa bildi ki, bu qədər zibil Ki Biskeyndən adətən bir həftəyə yığılır.

XS
SM
MD
LG