Accessibility links

SMDT: Hazırkı bələdiyyə seçkiləri son on ilin ən qeyri-demokratik dövrü fonunda keçirilir


SMDT
SMDT

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı bəyanat yayıb

Hazırkı ictimai-siyasi vəziyyət, insan hüquqları və xüsusən azadlıqların həyata keçirilməsi ilə bağlı problemlər ölkədə azad və ədalətli seçkilər keçirməyə imkan vermir, sənəddə bildirilir.

SMDT xatırladır ki, 2013-cü ilin oktyabrında keçirilmiş prezident seçkilərindən sonra ölkədə siyasi azadlıqların boğulması, repressiyalar güclənib, QHT-lərin və medianın fəaliyyəti məhdudlaşdırılıb.

2014-cü ildə ölkədə siyasi məhbusların sayı 100 nəfərə çatıb və 17 oktyabr tarixli sonuncu əfv fərmanı bu problemi həll etməyib.

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi dövründə (may-noyabr 2014) hökmlər çıxarılıb və bunun ardınca məşhur hüquq müdafiəçilərinin – SMDT rəhbəri və onun müavini Anar Məmmədli və Bəşir Süleymanlının, hüquq müdafiəçiləri Leyla və Arif Yunusların, İntiqam Əliyevin, Rəsul Cəfərovun, jurnalist Seymur Həzinin, Müsavat Partiyasının gənc fəalı Fərəc Kərimlinin və s. yeni həbsləri gəlib.

30-a yaxın QHT-nin bank hesabları dondurulub.

Milli Şuranın üzvü Gültəkin Hacıbəyliyə, araşdırmaçı jurnalist Xədicə İsmayılovaya, vəkil Əlaif Həsənova qarşı məhkəmə iddiaları qaldırılıb.

Milli Şuranın üzvü Eldəniz Quliyev böyük pul cəriməsinə məruz qoyulub.

Milli Şuranın üzvü Oqtay Gülalıyevin yetkinlik yaşına çatmamış oğlu islah işlərinə məhkum edilib.

2008-ci ildən etibarən Seçki Məcəlləsinə məhdudlaşdırıcı düzəlişlər edilib: seçki kampaniyasının müddəti 120 gündən 75 günə, daha sonra isə 60 günə qədər azaldılıb. Bu və digər dəyişikliklər AŞ Venesiya Komissiyasının rəyinə baxmayaraq, qəbul edilib.

Hakimiyyət son 5 ildə Venesiya Komissiyası və ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ilə seçki qanunvericiliyinin təkmilləşdirilməsi məsələlərini müzakirə etməkdən yayınır.

Avropa Məhkəməsinin seçkilərlə bağlı qərarları üzrə təcrübi tədbirlər görülmür.

Avropa Məhkəməsinin sabiq nazir Əli İnsanovun və ötən il prezident vəzifəsinə namizədliyini irəli sürmüş ReAl Hərəkatının lideri İlqar Məmmədovun işləri üzrə qərarları icra edilmir.

SMDT rəhbəri Anar Məmmədli və Bəşir Süleymanlı uydurma ittihamlarla mühakimə edilib.

SMDT ilə əməkdaşlıq etmiş könüllülər istintaqa cəlb edilib, onlar mənəvi və psixoloji təzyiqə məruz qalıblar və polis nəzarəti altındadırlar.

Azərbaycanın Avropa Yerli Özünüidarə Xartiyası çərçivəsində öhdəliklərinə zidd olaraq hakimiyyət bələdiyyələrin səlahiyyətlərini genişləndirməyib, onların maliyyə bazasını gücləndirməyib.

Azərbaycan AŞ-ın paytaxtda və digər böyük şəhərlərdə mer institutu olmayan yeganə dövlətidir.

Bələdiyyələrin statusu aydın deyil və onlar dövlət idarəetmə sisteminə daxil deyillər.

SMDT hesab edir ki, seçkilər qiymətləndirilərkən təkcə seçki mərhələsi deyil, onların keçirilməsi şəraiti, ictimai-siyasi fon və ədalətli rəqabət imkanları da qiymətləndirilməlidir.

Bu mənada hazırkı bələdiyyə seçkiləri son on ilin ən qeyri-demokratik dövrü fonunda keçirilir.

Bunu nəzərə alaraq, SMDT hesab edir ki, ölkədə demokratik, azad və ədalətli seçkilərin keçirilməsi üçün siyasi şərait yoxdur və seçkilərin müstəqil monitorinqini həyata keçirmək üçün imkan yoxdur.

Bununla əlaqədar olaraq, SMDT aşağıdakı tövsiyələri irəli sürüb:

* siyasi məhbuslar və vicdan məhbusları dərhal azad edilsin;

* vətəndaş cəmiyyəti, partiya fəallarına və jurnalistlərə qarşı məhkəmə işlərinə və digər təzyiq formalarına son qoyulsun;

* ifadə, toplaşmaq və birləşmək azadlığı, mülkiyyət hüququ təmin edilsin;

* seçki qanunvericiliyinə ATƏT DTİHB və AŞ tövsiyələri əsasında düzəlişlər edilsin;

* QHT-lər haqqında qanunvericiliyə mürtəce düzəlişlər ləğv edilsin;

* Yerli müşahidəçilərin seçkilərin monitorinqini həyata keçirməsinə şərait yaradılsın, SMDT rəhbərləri Anar Məmmədli və Bəşir Süleymanlı azad edilsin;

* Xarici QHT-lərin fəaliyyəti üçün şərait yaradılsın.

Öz növbəsində rəsmi Bakı ölkədə seçki mühitini demokratik və azad qiymətləndirir. Seçki rəsmiləri minlərlə insanın bələdiyyə üzvlüyünə namizədliyini irəli sürmək təşəbbüsündə olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG