Volksvagen şirkəti 2019-cu ildən Beetle modelinin istehsalını dayandıracağını elan edib.
Beetle modeli 1930-cu illərin Hitler Almaniyasından bəri üç nəsil, xüsusilə də 60-cı illərin ən popular avtomobillərindən biri olmuşdu. Avtomobil millennial gənclər arasında kifayət qədər məşhur olsa da, digər kiçik avtomobillər kimi Beetle-ın satışında davamlı şəkildə azalma müşahidə olunurdu. Son 20 ildə dünya miqyasında cəmi 500 min Beetle satılıb.
Volksvagen şirkəti gələn ildən etibarən avtomobilin istehsalını dayandırcağını, əvəzində isə təbiətsevər istehlakçıların marağını cəlb edəcək yeni model - elektrik avtomobillərin istehsalına daha çox güc verəcəyini açıqlayıb.
Alman avtomobil istehsalçısı həmçinin, son üç ildə dizel emissiyaları testinin dəyişdirilməsinə görə yaşanan qalmaqal səbəbindən şirkətin zərər görmüş reputasiyasını düzəltməyə çalışır.
Ancaq bu qərar Beetle azarkeşləri üçün hələ yolun sonu demək deyil. Volksvagen şirkəti gələn il Beetle avtomobilləri seriyasına qatılacaq iki yeni modelini açıqlayıb.