Accessibility links

Behnam Şeyxi Tehranın Evin həbsxanasına qaytarılıb


Behnam Şeyxi
Behnam Şeyxi

Tehranın Evin həbsxanasında 2 illik həbs cəzasını çəkməkdə olan türk dil haqları fəalı Behnam Şeyxi qısa müddətlik məzuniyyətdən sonra həbsxanaya göndərilib.

Şeyxi fevralın 16-da Tehran-Baharistan məhkəməsi icra şöbəsinin razılığı ilə mülki zəmanət qarşılığında məzuniyyətə buraxılmışdı. İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin bildirdiyinə görə, o, 24 fevral günü məzuniyyətin bitməsi ilə yenidən həbsxanaya qayıdıb.

Behnam Şeyxi keçən ilin iyul ayının 21-də Həmid Mənafi və Əlirza Fərşi ilə bərabər Tehranda nəzarət altına alınaraq Evin Həbsxanasına göndərilib. Şeyxi, Mənafi və Fərşi dil hüquqları uğrunda fəaliyyətləri üzündən daha əvvəl 2 il həbs və əlavə olaraq ölkənin türk əhalisi olmayan bölgələrində 2 il sürgün cəzasına məhkum ediliblər.

Bu fəallar bir neçə digər fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Dünya Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdılar.

2017-ci il 21 fevralda Baharistan şəhərinin İnqilab Məhkəməsi onlara 10 ildən 15 ilə qədər həbs və 2 il sürgün cəzası verdi. Lakin Tehran vilayətinin Apellyasiya Məhkəməsi 2019-cu ilin dekabr ayında fəalların hökmünü 2 il həbs və 2 il sürgün cəzası olaraq dəyişdirdi.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG