Accessibility links

Behnam Şeyxi Təbriz zindanına göndərilib


Behnam Şeyxi
Behnam Şeyxi

İran Azərbaycanı ilə bağlı məlumat yayan mediaya istinadən tanınmış türk fəal Behnam Şeyxi daha əvvəl məhkum olduğu 6 aylıq həbs müddətini tamamlamaq üçün oktyabrın 30-da Təbriz Mərkəzi Zindanına göndərilib.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və AZOH kimi veb səhifələrin məlumatına görə, milli fəal təxminən 5 il öncə qatıldığı Urmiyə Gölü ilə bağlı etirazlarla əlaqədar İran İnqilab Məhkəməsi tərəfindən 6 ay həbsə məhkum edilib.

Şeyxi 2006-cı ildən bəri göstərdiyi fəaliyyətlər səbəbilə həmçinin müxtəlif tədbirlər və piketlər, o cümlədən “türklərə qarşı irqçiliyə etiraz aksiyaları”, “Dünya Ana Dili Günü tədbirləri” və Urmiyə Gölü ilə əlaqədar etirazlara qatıldığı üçün dəfələrlə nəzarət altına alınaraq həbs və mühakimə edilib.

Tehran vilayətində yaşayan fəal keçən illərdə həbsdə ikən özü və ailəsinə qarşı tətbiq edilən basqılara etiraz olaraq aclıq aksiyası keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG