Accessibility links

ABŞ Dövlət Departamenti: Çin beynəlxalq nizam üçün ən böyük problemdir


Bayden administrasiyası iddia edir ki, baxmayaraq ki, ABŞ Pekinlə qarşıdurmaya can atmır, Çinin siyasəti getdikcə aqressivləşir.

Dövlət katibi Antoni Blinken bildirib ki, hətta Rusiyanın Ukraynada başlatdığı müharibəni də nəzərə alsaq, qurulmuş dünya nizamı üçün ən ciddi təhlükə Çin Xalq Respublikasıdır. Onun sözlərinə görə, 10 ildir Çin Xalq Respublikasına rəhbərlik edən Şi Tsinpinin prezidentliyi dövründə “hakim Çin Kommunist Partiyası daxildə daha repressiv, kənarda isə daha aqressiv olub”.

Blinken buna nümunə olaraq Pekinin “Tayvanın digər ölkələrlə əlaqələrini kəsmək və onun beynəlxalq təşkilatlarda iştirakını əngəlləmək” səylərini göstərib.

Eyni zamanda, Amerikanın baş diplomatı vurğulayıb ki, Ağ Evin bu mövqeyi ABŞ-ın Çinlə qarşıdurmaya hazır olduğu demək deyil.

Blinken elan edib ki, Bayden administrasiyası təkcə Rusiyanın Ukraynaya təcavüzünə qarşı deyil, həm də Çin tərəfindən beynəlxalq nizama artan uzunmüddətli təhdidlərin qarşısını almaq üçün dövlətlərin daha geniş koalisiyasını təmsil edən beynəlxalq bloka rəhbərlik etmək istəyir.

“Biz münaqişə və ya yeni soyuq müharibə axtarmırıq, əksinə, hər ikisindən qaçmaq istəyirik” – deyən Blinken “Biz Çinin aparıcı güc kimi rolunu əngəlləmək və ya Çinin və ya hər hansı digər ölkənin öz iqtisadiyyatını inkişaf etdirməsinə və xalqlarının maraqlarını həyata keçirməsinə mane olmaq niyyətində deyilik” ifadələrini əlavə edib.

Çin hakimiyyəti Dövlət Departamenti rəhbərinin ABŞ-Çin münasibətləri ilə bağlı çıxışını tənqid edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib ki, ABŞ Çinin siyasəti ilə bağlı “dezinformasiya yaymaq” və “böhtan atmaq” kimi səylər göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG