Accessibility links

Belçikada COVID-19-a yoluxmalar sürətlə artmağa başlayıb


Çərşənbə günü Belçikanın səhiyyə rəsmisi COVID-19-un ölkədə "intensiv şəkildə" yayıldığı barədə xəbərdarlıq edərək, reanimasiya şöbələrinə qəbul edilən xəstələrin sayının son bir ayda iki dəfə artdığını bildirib.

Brüsseldə keçirilən mətbuat konfransında Belçikada vəziyyətin kədərli olduğunu deyən Belçika Federal Virusla Mübarizə Qrupunun sözçüsü Frederik Yakobs yoluxanların sayının artmaqda davam etdiyini deyib. O, 13 bələdiyyədə hər 100 min insanın 100-dən çoxunun testlərinin müsbət çıxdığını. bunun isə bir həftə ərzində 1000 nəfərdən 1-nin virusa yoluxması demək olduğunu bildirib.

Yakobs deyib ki, bir neçə həftə əvvəl Belçikada orta hesabla gündəlik 292 yoluxma halı olduğu halda, kekən həftə bu göstərici 491 olub ki, bu da 68 faiz artım deməkdir. O, həmçinin keçən həftə ölkədə ölənlərin sayının əvvəlki həftələrdən təxminən 30 faiz çox olduğunu deyib.

Cümə axşamı gündə 4000 insanın testdən keçməsi üçün hazırda COVID-in episentri olan Belçikanın Antverp şəhərində yeni sınaq mərkəzi açılacaq.

Mərkəzdə şəhərin hər yerindən olan asimptomatik insanlar, eləcə də bir neçə qonşu şəhərin sakinləri də testdən keçiriləcək. Virus əlamətləri olan insanlara həkimlərinə müraciət etmələri tövsiyə edilir.

Pandemiya başlayandan bəri Belçikada 69 849 yoluxma, azı 9 845 ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG