Belçika məhkəməsi 2018-ci ildə Fransada İranın müxalifət qrupuna qarşı bomba hücumu planlaşdıran İran diplomatını mühakimə edib.
Məhkəmə cümə axşamı Əsədulla Əsədini 20 il həbs cəzasına məhkum edib.
Belçika prokurorları Vyanada yaşayan Əsədinin və digərlərinin Parisdə yerləşən İran Milli Şurası Müqavimətinin mitinqinə bomba hücumu planlaşdırdıqlarını bildirib.
Məhkəmə cümə axşamı daha üç nəfəri 15 ildən 18 ilədək həbs cəzasına məhkum edib.
Almaniyaya səfəri zamanı həbs edilən Əsədi keçən il keçirilən məhkəmə prosesində ifadə verməkdən imtina edərək, diplomatik toxunulmazlığının olduğunu iddia edib.
"Müvəkkilim bu gün onu təmsil etməyimi istədi. O, hakimlərə böyük hörmət etdiyini, lakin toxunulmazlıq statusu olduğu üçün hakimlərin onun mühakimə etməsinə icazə olmadığını dedi" - deyə, vəkili Dimitri de Beko məhkəmə binasının önündə jurnalistlərə bildirib.
1979-cu il İran inqilabından bəri ilk dəfədir ki, Avropa İttifaqı ölkəsi İran rəsmisinə qarşı terror ittihamı irəli sürüb.
Fransa rəsmilərinin dediyinə görə, İranın Vyanadakı səfirliyində üçüncü yüksək vəzifəni tutan Əsədulla Əsədi Cənubi Avropada kəşfiyyat məsələlərinə baxıb.
Tehran ittihamları dəfələrlə rədd edərək, onların İranın terror qruplaşlaması hesab etdiyi İran Milli Şurası Müqaviməti qrupunun “saxta bayraq” fırıldağı olduğunu bildirib.