Accessibility links

Belçika məktəbləri yenidən açılmağa başlayıb


COVID-19 məhdudiyyətlərini yüngülləşdirmək məqsədilə keçən cümə günü bəzi məktəblərin yoxlanış açılışından sonra bazar ertəsi Belçikanın bir çox məktəbi yenidən açılıb.

Məktəblərdə dərslər sosial uzaqlaşmaya tam riayət olunmaq şərti ilə məhdud sayda şagirdlə başlayıb. Məktəbə üz maskaları ilə gələn müəllimlər və tələbələrin qızdırmaları ölçülüb.

Bütün bunlara baxmayaraq, internetlə dərslər hələ də gündəmdədir. Belə ki, məktəblərə şagirdlərin az hissəsi gedib.

Sosial uzaqlaşmanın təmin olunması üçün hər şagirdə dörd kvadrat-metr, hər müəllimə isə səkkiz kvadrat-metr sahə olmaqla, siniflər yenidən qurulub.

Uşaqlar məktəbə iyunun sonuna qədər həftədə iki dəfə gedəcək.

Belçika koronavirusun xüsusilə ağır zərbə vurduğu ölkələrdən oldu. Cons Hopkins Universitetinin məlumatına görə, Beşçikada hər 100 min nəfərə 78 ölüm halı düşür. Bu isə dünyada ən yüksək göstəricidir.

XS
SM
MD
LG