Belçikanın paytaxtı Brüsseldə qaradərili bir gəncin ölümünə etiraz olaraq keçirilən aksiyadan sonra 116 nəfər həbs edilib.
Polisin bildirdiyinə görə, 500-ə yaxın insanın iştirak etdiyi aksiya zorakılıqlarla müşayiət edilib. Nümayişçilər əllərində `Qaraların Həyatı Mühümdür` yazılmış plakatlar qaldırıb.
Polisin bəyanatında deyilir ki, nümayişçilər mərmilər atıb, yanğınlar törədib, polis maşınlarını və küçələrdəki oturacaqlara ziyan vurub. Onlar polis idarəsinin pəncərələri və qapılarını sındırıb. Həbs edilən 116 nəfər arasında azyaşlılar da var.
Belçika prokurorluğu 24 yaşlı qaradərilinin ölümü ilə bağlı istintaqa çağırıb.
Prokurorluq qaradərili gəncin yanvarın 9-da polisdən qaçmağa cəhd edərkən həbs edildiyini bildirib. Polis idarəsinə gətirildikdən sonra huşunu itirən gənc xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Prokurorluq gəncin cəsədinin autopsiyası və toksikoloji testlərdən keçiriləcəyini bəyan edib.
Belçika mətbuatında polsin onun şəxsiyyət vəsiqəsini yoxladığı görüntülər nümayiş etdirilib.
Prokurorluq polis idarəsi və həmin şəxsin həbsi ilə bağlı bütün video-gürüntülərin əldə edildiyini deyib.