Accessibility links

Belarusun hüquq müdafiəçiləri ölkədəki ağır repressiyalarla bağlı həyəcan təbili çalır


Belarusun hüquq müdafiəçiləri bir həftə ərzində bir neçəsi psixoloq və psixiatr olmaqla, 100-dən çox insanın həbs edildiyini bildirərək, avtoritar hökumətin müxalifətə qarşı yeni ağır repressiyaları ilə bağlı həyəcan təbili çalıb.

Belarusun tanınmış insan haqları təşkilatı "Vyasna" çərşənbə axşamı bildirib ki, paytaxt Minskdə, eləcə də ölkənin şərqində və qərbində kütləvi həbslər baş verib.

Hakimiyyət müxalifət fəallarını, jurnalistləri, tibb işçilərini, idman klublarının üzvlərini və dronlarla işləyən insanları hədəfə alıb.

"Vyasna"nın əməkdaşı Pavel Sapelkanın Associated Press agentliyinə bildirdiyinə görə, Belarusun təhlükəsizlik qüvvələri bu yaxınlarda paytaxtın yaxınlığında yerləşən Rusiya döyüş təyyarəsinə hücumda əli olmaqda şübhəli bilinən şəxslərə qarşı "reydlər və axtarışlar" keçirir.

Minsk yaxınlığındakı Maçulişi avia-bazasında Beriyev A-50 təyyarəsinə edilən hücuma görə məsuliyyəti ölkənin müxalif "BYPOL" hərəkatının "partizanları" öz üzərinə götürüb.

Rusiya bir il əvvəl Ukraynanı işğal etmək üçün Belarusun ərazisindən müttəfiqi istifadə edib. Belarus Rusiya qoşunlarını, döyüş təyyarələrini və digər silahları qəbul etməkdə davam edir. Müxalifət fəalları Rusiyaya göstərilən bu dəstəyi sarsıtmağa çalışdığını bildirib.

Belarus hakimiyyəti çoxdankı müttəfiqi olan Moskvadan sərhədlərinə nəzarət etməsini xahiş etdiyini və insidentlə bağlı susduğunu bildirib. Hadisədən bir neçə gün sonra Belarusun avtoritar prezidenti Aleksandr Lukaşenko hücumu etiraf edərək, təyyarəyə dəymiş ziyanın əhəmiyyətsiz olduğunu, lakin onun təmir üçün Rusiyaya göndəriləcəyini etiraf etdi.

XS
SM
MD
LG