Accessibility links

Belarus COVID-19 səbəbilə sərhədlərini bağlayır, müxalifət bunun aktivistlərə yönəldiyini deyir


Belarus höküməti koronavirus pandemiyası səbəbindən 20 dekabr tarixindən etibarən bir neçə quru sərhəd keçid məntəqəsini bağlayacaq. Bu addım mübahisəli prezident seçkilərindən sonra etirazların baş verdiyi bu ölkədə insanların hərəkətinin məhdudlaşdırılmasına yönəlib.

Ölkənin milli hüquqi məlumat portalı 10 dekabrda hökumətin bu həftə qəbul etdiyi qətnaməni dərc edib. Qətnamədə bildirilir ki, ölkə sakinlərinin iş və ya təhsillə əlaqədar olmadığı təqdirdə səyahətlərinə qadağa qoyulur. Məhdudiyyətin bildiriş dərc olunandan 10 gün sora qüvvəyə minəcəyi qeyd olunub.

Lakin məhdudiyyətlərin nə qədər davam edəcəyi bəlli deyil.

Hazırda Belarusda Lukaşenkonun istefası, eləcə də siyasi məhbusların sərbəst buraxılması və yeni bir seçki keçirilməsi tələbi ilə demək olar ki, hər gün etiraz keçirilir.

BMT-nin məlumatına əsasən təhlükəsizlik qüvvələri bü günə qədər 27 mindən çox etirazçını həbs edib. Həbs olunanalara qarşı işgəncə və pis rəftara dair eləcədə bir neçə ölüm halı ilə əlaqədar etibarlı məlumatlar var.

9 avqust seçkilərinin saxtalaşdırıldığını deyən müxalifət liderləri Lukaşenkonu COVID-19 məhdudiyyətlərindən fəalların hərəkətlərinə məhdudiyyət qoymaq üçün bəhanə olaraq istifadə etməkdə günahlandırır.

"Lukoşenko COVID səbəbindən Belarusun daxili sərhədlərini bağlayır. Gəlin dürüst olaq: diktator sadəcə ölkəni dəhşətə gətirir və gündəlik olaraq insan haqlarını pozur" - deyə, prezident seçkisində qalib gəldiyini söyləyən müxalifət lideri Svetlana Tixanovskaya 10 dekabrda Twitter-də yazıb. O həmçinin əlavə edib ki, "Lukaşenko əvvəllər COVID-lə maraqlanmırdı. İndi repressiyaya məruz qalan belaruslar qaçıb xaricə sığınacaq istəyə bilməyəcəklər."

Qərarda bildirilir ki, Belarus Respublikası vətəndaşlarının, habelə Belarus Respublikasında daimi və ya müvəqqəti yaşamaq üçün icazəsi olan əcnəbilərin Belarus Respublikasından çıxmaq üçün Belarus Respublikasının dövlət sərhədindən keçməsini müvəqqəti olaraq dayandırılır".

Məhdudiyyətlər ölkə sərhədləri boyunca bütün avtomobil, dəmir yolu və çay buraxılış məntəqələrinə tətbiq olunacaq. Qadağa diplomatik və xidməti pasportları olan şəxslərə, rəsmi nümayəndə heyətlərinin üzvlərinə, beynəlxalq yol nəqliyyat bölmələrinin sürücülərinə, təyyarə və gəmilərin heyətlərinə, qatar heyətlərinə, ezamiyyətdə olan şəxslərə və bəzi digər insanlara şamil edilmir.

Xarici ölkələrdə daimi yaşayış hüququ olan, xəstəliyi və ya xaricdə yaxın qohumunun ölümü səbəbiylə ölkəni tərk etməsi lazım olan, habelə təhsil, iş və ya tibbi yardım üçün ölkədən çıxması tələb olunan Belarus vətəndaşlarına ölkəni tərk etməyə altı ayda bir icazə veriləcək.

Qətnaməyə görə xarici vətəndaşlar ölkəyə daxil olarkən koronavirus test nəticələrini təqdim etməli olacaqlar.

Belarusu 1994-cü ildən bəri idarə edən Lukaşenko seçki saxtakarlığı ittihamlarını rədd edir. O, eləcə də müxalifətlə danışıqlar aparmaqdan da imtina edib.

ABŞ və Avropa Birliyi həm seçki nəticələrini tanımır həm də Lukaşenkoya qarşı sanksiyalar tətbiq edir.

10 dekabr tarixinə qədər Belarusda koronavirusa qeydə alınmış yoluxma sayı 152,453 olub. 1230 nəfərin isə həyatını itirdiyi bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG