Accessibility links

Belarusda repressiyalar güclənir - Kütləvi yoxlamalardan tutmuş, siyasi məhkəmələrə qədər


İnsan haqları mərkəzi "Vyasna"nın məlumatına görə, 2023-cü ilin sonunda Belarus həbsxanalarında 1500-ə yaxın siyasi məhbus olub. Bu rəqəm il ərzində dinamik şəkildə dəyişib. 2020-ci il etiraz aksiyaları iştirakçılarının azad edilməsi yeni vicdan məhbuslarının həbsləri ilə əvəz olunub.

2020-ci ilin avqust hadisələrindən sonrakı üç il ərzində Belarusda 2800-dən çox insan siyasi məhbus kimi qeydə alınıb. Siyasi motivli cinayət işləri üzrə çıxarılan hökmlərin sayı isə 4 mini keçib.

"Vyasna"dan hüquq müdafiəçisi Anastasiya Vasilçuk "Əgər 23 ilin vəziyyətindən və ümumi tendensiyalarından danışsaq, deyə bilərik ki, əsas problem, yəqin ki, insanların məlumat paylaşmaq qorxusu və repressiyalar barədə məlumat verməsidir. Yəqin ki, qarşılaşdığımız problem və bu məlumatı əldə etmək bizim üçün getdikcə çətinləşəcək. Söhbət siyasi məhbuslardan gedirsə, bu ilin problemi bu sözün ən çox eşidilən bir söz olmasıdır və bu "ünsiyyətsiz" rejim deməkdir. Bunun mənası nədir? Bu o deməkdir ki, xarici aləmdən heç bir xəbər nə onlara, nə də onlardan çatır. Yəni yazışmalar nə oraya çatır, nə də geriyə gəlir. Hətta qohumlar heç nə bilmir. Vəkillərin onları ziyarət etmələrinə icazə verilmir. Və bu tam blokadadır. Həmçinin həbsxanalarda, koloniyalarda, istintaq təcridxanalarında vəziyyət təbii ki, çox pis olaraq qalır" deyib.

Anastasiya Vasilçuk başqa bir tendensiyaya işarə edərək, məlumatların qondarma "ekstremist qruplara" ötürülməsinə görə insanların kütləvi şəkildə təqib edildiyini deyib.

Belarus hakimiyyəti Telegram kanalında hakimiyyət tərəfindən arzuolunmaz hesab edilən məlumatları dərc edən müstəqil media kanallarını ekstremist kimi təsnif edir. Belə kanallara mesajların göndərilməsi cinayət təqibi və hətta həbs üçün əsas ola bilər. Məsələn, bu il Rusiya hərbi texnikasının hərəkəti ilə bağlı məlumatların ötürülməsinə görə 40-a yaxın hökm çıxarılıb. Bundan əlavə, 13 nəfər Ukrayna tərəfində hərbi əməliyyatlarda iştirak etmək niyyətində olduğuna görə mühakimə olunub.

Bütövlükdə 2023-cü il repressiyaların cəmiyyətin bütün təbəqələrini əhatə edən intensivləşdiyi il olub. İnsanlar sosial şəbəkələrdə "ekstremist nəşrləri" bəyənib repost etdiklərinə görə "inzibati cəza" alıb. Əgər bu nəşrlər Aleksandr Lukaşenkonun tənqidi ilə müşayiət olunurdusa, onda həmin şəxsləri həbs cəzası gözləyir.

Belarusda repressiyalar ölkənin hüdudlarından kənara da çıxıb. Ölkəni tərk edən siyasi və vətəndaş fəallarının ailələrinə təsir edib. Təqsirləndirilən şəxslərin iştirakı olmadan məhkəmə prosesi adi hala çevrilib.

"Bu yaxınlarda məşhur yazıçı Aleksandr Filippenkonun valideynlərinin evinə gediblər. Onun atasını həbs ediblər. Və belə hallar çoxdur. Noyabrın sonunda belə bir əhvalat olub - Onlar bir gündə Koordinasiya Şurasının xaricə getmiş Belarusda ya əmlakları, ya da ailələri olanların 100-dən çox üzvünü hədəf alıb. Bu, həmin ailələrə qarşı kütləvi kampaniya idi. Və nəticədə çox sayda həbslər oldu, əmlaklar müsadirə edildi və hədə-qorxu gəlindi" - deyə, Vilnüs universitetinin politoloqu Çulitskaya bildirib.

Forum

XS
SM
MD
LG