Belarus rəsmiləri Avropanın xəbər agentliyi Euronews-un ölkədə yayımına qadağa qoyub. Bu, hökümətin keçənilki seçkilərdən sonra müxalifət və azad mediaya basqısının sonra atılan yeni addımdır.
İnformasiya Nazirliyi aprelin 12-də verdiyi açıqlamasında rus dilini də daxil olmaqla, 12 xəbər buraxılışı ilə dünya xəbərlərini işıqlandıran 24 saatlıq televiziya kanalı olan Euronews-un verilişlərinin Belarusda yayımlanması hüququnun bitdiyini xəbər verib.
İkinci Dünya Müharibəsinə diqqət yetirən Rusiyanın Pobeda kanalının Euronews-un tezliyində yayımlanacağı əlavə olunub. Kanal son illərdə Rusiyanın Qərbə qarşı apardığı dövlət təbliğatında Sovet İttifaqı və müttəfiqlərinin 1945-ci ildə nasist Almaniyası üzərindəki qələbəsini təbliğ edib.
Rusiyanın dövlət xəbər agentliyi RİA Novosti nazirliyin sözçüsünə istinad edərək xəbər verib ki, Euronews kanalı rus və ya belarus dilində deyil, ingilis dilində reklamlar yayımlayaraq qanunvericiliyi pozduğuna görə lisenziyası yenilənməyib.
Baş ofisi Fransanın Lyon şəhərində yerləşən Euronews məsələ ilə əlaqədar şərh verməyib.
Aleksandr Lukaşenko müxalifət lideri Svetlana Tixanovskaya və tərəfdarlarının saxtakar adlandırdığı seçkidə yenidən seçildiyini iddia etdikdən sonra, 2020-ci ilin avqustundan bəri on minlərlə belarus küçələrə axışıb.
Nümayişçilər Lukaşenkanınonun getməsini və yeni seçkilərin keçirilməsini tələb etsələr də, o, təziqə qarşı ola bilib.
Təhlükəsizlik qüvvələri minlərlə adamı həbs edib, Tixanovskaya və digər müxalifət xadimlərini ölkədən çıxmağa məcbur edib.
Bu arada Belarus Jurnalistlər Cəmiyyətinin sədr müavini Barys Haretski jurnalist və hüquq-müdafiəçilərinə qarşı hökumətin Avropada indiyə qədər görünən ən böyük təzyiq kampanisyasına başladığını bildirib.
"Ötən yaydan etibarən rəsmilər sistematik olaraq Belarus cəmiyyətinin ətrafında "Böyük Çin səddi" yaradıb.