Accessibility links

Belarus hökuməti müxalifətə qarşı repressiyaları davam etdirir


Belarus prezidenti Aleksandr Lukaşenko onun hakimiyyətinin opponentlərinə qarşı repressiyaları davam etdirir. Bu arada isə səslərin saxtalaşdırıldığı barədə iddialar və təhlükəsizlik qüvvələrinin zorakılığına baxmayaraq, onun qələbəsinin elan edildiyi mübahisəli seçkilərə etiraz edən minlərlə insan çərşənbə günü gecə yenidən küçələrə çıxıb.

Lukashenkonun yarışda əsas rəqibi Svetlana Tixanovskaya çərşənbə axşamı ölkəni tərk etdiyini bildirib. Onun bu qərarı ailəsinin təhlükəsizliyi üçün verdiyini dediyi emosional bir video yayımlanıb.

"Bu kampaniya həqiqətən mənə o qədər güc verdi ki, hər şeyin öhdəsindən gələ bildim. Lakin mən hələ də zəif bir qadın olduğumu düşünürəm" - deyə, o bildirib.

O, "uşaqlar həyatımızda ən dəyərli şeydir" deyib.

Litvanın xarici işlər naziri daha sonra Tixanovskayaya sığınacaq təklif olunduğunu təsdiq edib. Tixanovskaya uşaqlarını Litvaya avqustun 9-da keçiriləcək səsvermədən əvvəl yola salıb.

Az sonra Belarus hökuməti Tixanovskaya ilə bağlı özünün hazırladığı videonu yayımlayıb. Həmin videoda Tixanovskaya nümayişçilərə müraciət edərək, onları onun seçkilərdəki məğlubiyyətini qəbul etməyə və etirazlara son qoymağa çağıran bir bəyanat oxuyub.

Daha sonra görüntünün təhlili Tixanovskayanın videosunun onun seçki nəticələrinə etiraz etmək üçün gəldiyi, lakin orada yeddi saat davamlı olaraq saxlandığı Dövlət Seçki Komissiyasının ofisindəki yaşıl divanda oturduğu zaman çəkildiyi müəyyən edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG