Accessibility links

Həbs müddətinin başa çatmasına baxmayaraq, Andrey Kuzneçik hələ də azadlığa buraxılmayıb


Belarus hökuməti Azadlıq Radiosunun Belarus xidmətində işləyən müstəqil jurnalistin mübahisəli xuliqanlıq ittihamı ilə ikinci müddətə həbsdə saxlayıb və həbs müddətinin dekabrın 15-də başa çatmasına baxmayaraq, hələ də azadlığa buraxmayıb.

Andrey Kuznechyk was initially sentenced to 10 days in jail on November 26 after a trial in which he refused to accept the guilty verdict. He is being held in Minsk's Akrestsina detention center, where many inmates have said they were tortured. On December 6, when his sentence ended, he was not released and was handed another 10-day jail term, also on a hooliganism charge.

Andrey Kuzneçikə qarşı ilk ittiham noyabrın 26-da irəli sürülüb və onun bu ittihamı qəbul etməməsinə baxmayaraq, o, 10 sutka həbs cəzasına məhkum edilib. O, Minskin Okrestsina təcridxanasında saxlanılır və bir çox məhbusun orada işgəncələrə məruz qaldığını bildirib. Dekabrın 6-da cəzası başa çatdıqdan sonra o, azadlığa buraxılmayıb və xuliqanlıq ittihamı ilə daha 10 sutka həbsdə saxlanılıb.

Kuzneçikin qohumları AzadlıqRadiosuna jurnalistin təqsirsiz olduğunu iddia etdiyini bildiriblər.

Azadlıq Radiosunun prezidenti Ceymi Flay Kuzneçikin cəzasının “absurd uydurma ittihamlarla” uzadılmasının cinayət hesab edilməli olduğunu deyib.

"Andreyin dövlət tərəfindən oğurlanması davam edir, bütün bunlar Lukaşenko rejiminin müstəqil məlumatların Belarus xalqına çatmasına mane olmaq cəhdlərinə xidmət edir. Andreyə dərhal ailəsinin yanına qayıtmasına icazə verilməlidir" - deyə, Flay dekabrın 6-da Aleksandr Lukaşenkonun avtoritar siyasətinə istinadən bildirib.

Həyat yoldaşı Alesya Rakın dediyinə görə, Kuzneçik noyabrın 25-də velosiped sürməyə çıxıb, geri isə mülki geyimli dörd nəfərin müşayiəti ilə qayıdıb.

Alesya Rak heç bir sənəd göstərməyən şəxslərin daha sonra yalnız iki azyaşlı uşağının otağından başqa onların mənzilində axtarış apardıqlarını deyib. Daha sonra isə Kuzneçik saxlanılmasının səbəbini açıqlamayan şəxslər tərəfindən aparılıb.

Belarusda gərginlik 1994-cü ildən hakimiyyətdə olan Lukaşenkonun 2020-ci ilin avqustunda keçirilən prezident seçkilərinin qalibi elan edilməsindən sonra artıb. Lukaşenkonun opponentləri və Qərb ölkələri seçkilərin saxtalaşdırıldığını iddia edərək, Lukaşenkonu Belarusun legitim lideri kimi tanımaqdan imtina edir.

Prezident seçkilərinin ardınca keçirilən etiraz aksiyalarından sonra on minlərlə insan saxlanılıb və hüquq müdafiəçilərinin məlumatına görə, hazırda 800-dən çox insan siyasi məhbus kimi həbsxanalardadır.

XS
SM
MD
LG