Accessibility links

Belaruslu bloger Vadim Yermaşuk 3 il həbs cəzasına məhkum edilib


Keçən il keçirilən prezident seçkilərinin nəticələrinə qarşı müxalifət nümayəndələrinin etiraz dalğası fonunda ölkənin avtoritar hökumətinin “qeyri-qanuni” olduğunu yazan Belarus blogeri Aleksandr Lukaşenkonu “təhqir etmək”də ittiham edilərək, üç il müddətinə azadlıqdan məhrum edilib.

Şuçin şəhərinin məhkəməsi sosial şəbəkələrdəki paylaşımlarında Vadimati kimi tanınan Vadim Yermaşuk haqqında qərarı dekabrın 21-də verib.

Yazısında bayrağı “əsgi” adlandırdığına görə də ittiham olunan 36 yaşlı bloger ittihamları rədd edib. O, məhkəmə zalında ifadə və hakimin suallarına cavab verməkdən imtina edib.

Yermaşuk əvvəlcə bu ilin avqustunda saxlanıb və etiraz aksiyasında iştirakına görə xuliqanlıq ittihamı ilə bir neçə sutkalıq həbs cəzası alıb. Prokurorluq ona qarşı yeni ittihamlar irəli sürdüyü üçün o, cəzasını çəkdikdən sonra azadlığa buraxılmayıb.

Yermaşuk 2020-ci ilin avqustunda Belarusda keçirilən mübahisəli prezident seçkilərindən sonra hakimiyyətə qarşı hər hansı formada müxalif fikirlərə görə məhkəmələrlə üzləşən onlarla insandan biridir.

Hüquq müdafiəçiləri və müxalifət siyasətçiləri seçkilərin Lukaşenkonun 26 illik hakimiyyətini uzatmaq üçün saxtalaşdırıldığını deyirlər. Ölkə miqyasında keçirilən etirazlar zamanı minlərlə insan saxlanıb və onların təhlükəsizlik qüvvələri tərəfindən işgəncələrə məruz qalmaları ilə bağlı etibarlı məlumatlar var. Nümayişlər dağıdıldığı zaman bir neçə nəfərin öldüyü bildirilib.

Belarusun bir çox müxalifət lideri ya həbs, ya da ölkəni tərk etməyə məcbur edilib. Lukaşenko müxalifətlə danışıqlardan imtina edib.

ABŞ, Avropa İttifaqı və bir sıra digər ölkələr seçki saxtakarlığını və polisin təzyiqlərini əsas gətirərək, Lukaşenkonu səsvermənin qalibi kimi tanımaqdan imtina, ona və onun rejiminə qarşı bir neçə raund sanksiya tətbiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG