Böyük Yeddilər (G-7) cümə axşamı Belarus hökumətinin "sərhədləri boyunca qeyri-qanuni miqrasiya təşkil etməsini" pisləyib. Belə ki, qonşu Polşa sərhədini keçməyə yeni cəhdlər olduğunu bildirib.
“Biz rejimi növbəti ölüm və iztirabların qarşısını almaq üçün təcavüzkar və istismarçı kampaniyasını dərhal dayandırmağa çağırırıq. Beynəlxalq təşkilatların humanitar yardımın çatdırılması üçün dərhal və maneəsiz çıxışı təmin edilməlidir” - deyə, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Britaniya və ABŞ-ın xarici işlər nazirlərinin birgə bəyanatında bildirilib.
Avropa ölkələri Belarus prezidenti Aleksandr Lukaşenkonu Belarusu demokratiya tərəfdarı etirazçıları sıxışdırdığına görə Avropa İttifaqının sanksiyalarına cavab olaraq, əksəriyyəti Yaxın Şərqdən olan minlərlə miqrantı sərhədi qanunsuz keçməyə sövq etməkdə ittiham edib. Belarus sərhəddə miqrantların toplanmasını təşkil etdiyini inkar edib.
G-7-lər cümə axşamı bildirib ki, beynəlxalq hüquq və insan haqlarını pozan Belarus “diqqəti yayındırmağa” çalışır. Bəyanatda Polşa, eləcə də Belarusun digər iki qonşusu - Litva və Latviya ilə də həmrəylik ifadə olunub.
Noyabrın 8-dən bəri əsasən Yaxın Şərqdən olan minlərlə miqrant düşərgədə ilişib qalıb. Onların əksəriyyəti ölkələrindəki münaqişə və qeyri-sabitlikdən qaçaraq, Almaniya və ya Qərbi Avropanın digər ölkələrində imkanlar əldə etmək istəyir.
Çərşənbə axşamı Polşa Belarus prezidenti Aleksandr Lukaşenko hökumətini miqrantları tüstü qumbaraları və digər silahlarla təmin etməkdə ittiham etdikdən sonra Polşanın təhlükəsizlik qüvvələri sərhəd boyu daş atan miqrantlara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.
Polşanın daha çox miqrantın sərhəd keçidinə doğru hərəkət etdiyi barədə xəbərdarlıqlar və blokla avtoritar lider Aleksandr Lukaşenko hökuməti arasında kəskinləşən diplomatik mübahisə fonunda Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar paketini qəbul etməyə hazırlaşır.
Noyabrın 15-də Brüsseldə görüşən blokun 27 xarici işlər nazirləri Belarusa qarşı sanksiya rejiminə düzəliş edib. Belə ki, bu sanksiyalar Belarusun Polşa, Latviya və Litva ilə sərhədlərində qarşıdurmada iştirak etdiyi iddia edilən aviaşirkətlər, səyahət agentləri və şəxsləri cəzalandırmaq üçün nəzərdə tutulub.