Accessibility links

Belarus məhkəməsi etirazları işıqlandıran jurnalistlərə qarşı hökm çıxarıb


Belarus məhkəməsi cümə axşamı iki jurnalisti Prezident Aleksandr Lukaşenkoya qarşı nümayişləri içıqlandırmaq ittihamı ilə iki il həbs cəzasına məhkum edib.

Polşanın "Belsat" televiziya kanalının əməkdaşları Yekaterina Andreyeva və Darya Çultsova noyabr ayında Minskdəki bir mənzildə həbs edilib. Onlar bir neçə gün əvvəl öldürülən bir etirazçıya dəstək olaraq davam edən nümayişləri canlı yayımlandırıb.

Məhkəmə qərarından əvvəl Andreyeva “siyasi repressiyalara məruz qalmayan bir Belarus” qurulması üçün çalışacağını deyib. Jurnalistlərin vəkili apellyasiya şikayəti verəcəklərini bildirib.

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Belarus hakimiyyətini Andreyeva və Çultsovaya qarşı irəli sürülən "absurd" ittihamları ləğv və onları qeyd-şərtsiz azad etməyə çağırıb.

"Belarus hökuməti jurnalistləri mühüm siyasi hadisələr barədə məlumat verdiklərinə görə cəzalandırmağı dayandırmalı, azad şəkildə və repressiya qorxusu olmadan çalışmalarına imkan verməlidir" - deyə, komitənin bəyanatında qeyd olunub.

Belarusda kütləvi nümayişlər avqust seçkilərindən sonra, Lukaşenkonun rəqiblərinin ona daha bir müddət vermək üçün seçkilərdə saxtakarlıqlar edildiyini bəyan etməsindən sonra başlayıb. Lukashenko seçkilərdə saxtakarlıq olduğunu inkar edib.

Ölkədə nümayişlər zamanı minlərlə insan həbs edilib. ABŞ və Qərb Lukaşenko və Belarusun onlarla yüksək səviyyəli rəsmisinə qarşı seçki saxtakarlığı və seçkisonrası polis zorakılığı ilə əlaqədar sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG