Accessibility links

Fransa prezidenti Belarusun müxalifət lideri ilə görüşüb


Fransa prezidenti Emmanuel Makron çərşənbə axşamı müxalifət lideri Sveatlana Tixanovskaya ilə görüşdükdən sonra Avropadan Belarus xalqına dəstək veriləcəyinə söz verib.

Danışıqlar Tixankovskayanın Belarusda siyasi böhrana yol açan avqust prezident seçkilərindən sonra getdiyi Litvanın paytaxtı Vilnusdə baş tutub,

Belarusda bir çoxları 26 ildir prezident olan Aleksandr Lukaşenkoya daha bir müddət verən seçkinin rəsmi nəticələrini rədd edir və minlərlə insan həftələrdir nümayişlərə çıxır.

Avropa İttifaqı keçən həftə Lukaşenkonu prezident kimi tanımadığını bildirib, Makron onun istefa verməli olduğunu deyib.

Belarus polisi həftə sonu prezident Aleksander Lukaşenkoya qarşı davam edən nümayişlərdə 500 etirazçını həbs edib.

Belarus rəsmiləri bu yaxınlarda müxalifət tərəfindən yaradılan və hakimiyyətin dinc yolla ötürülməsini dəstəkləyən Koordinasiya Şurası üzvləri ilə bağlı istintaqa başlayıb. Qrup üzvlərinə qarşı irəli sürülən ittihamlara milli təhlükəsizliyin pozulması da daxildir.

Bildirildiyinə görə, şuranın bir neçə üzvü həbs edilib, bəziləri isə ölkəni tərk etmək məcburiyyətində qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Şimali Koreya Yaponiya üzərindən ballistik raket atıb
please wait

No media source currently available

0:00 0:10:17 0:00
XS
SM
MD
LG