Accessibility links

Belarus hökuməti: "Ehtiyac olarsa" etirazçılara qarşı odlu silahdan da istifadə ediləcək


Belarus hökuməti Aleksandr Lukaşenkonun istefası tələbi nümayişlərin bazar ertəsi də davam etdiyinə görə, polisə etirazçılara qarşı "ehtiyac olarsa" odlu silah da tətbiq etməyə icazə veriləcəyini bildirib.

Daxili İşlər Nazirliyinin açıqlamasında mitinqlərin “mütəşəkkil və son dərəcə radikal xarakter aldığını” deyilib.

"Bu baxımdan Daxili İşlər Nazirliyinin əməkdaşları və daxili qoşunlar küçələri tərk etməyəcək və lazım gələrsə xüsusi texnika və silahdan istifadə edəcək" - deyə, açıqlamada bildirilib.

Nazirlik bir gün əvvəl nümayişlərdə 700-dən çox insanın nəzarətə alındığını və bazar günü həbs edilənlərdən 570 nəfərin məhkəmə qarşısına çıxarılacağını da bildirib.

Bazar ertəsi paytaxt Minskdə hökumətə qarşı keçirilən "təqaüdçülər yürüşü"ndə 2000-dən çox yaşlı insan iştirak edib. Əllərində müxalifətin bayraqlarını dalğalandıran insanlar “get” şüarları səsləndirib.

Nümayişlər zamanı çəkilən videolarda polisin nümayişçilərə qarşı alovlu silah və gözyaşardıcı qazdan istifadə etdiyini görmək olub.

Lukaşenkonun avqustun 9-da mübahisəli seçkilərdə qalib gəldiyini iddia etməsindən bəri etirazçılar mütəmadi olaraq küçərlərə çıxaraq, onun istefasını və siyasi məhbusların azad edilməsini tələb edir.

7500-dən çox insanın həbs edildiyi etiraz nümayişlərinin dağıdılması və polisin nümayişçilərə qarşı həyata keçirdiyi zorakılıqlardan sonra ictimai qəzəb daha da artıb.

Bazar ertəsi Avropa Birliyi xarici işlər nazirləri Lukaşenkoya və Belarusun digər yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə razı olub.

Avropa Birliyi bundan əvvəl Lukaşenkonun 40 tərəfdaşına qarşı səyahət qadağaları və aktivlərin dondurulması barədə qərar qəbul etmiş, lakin Lukaşenkonunun adını siyahıya daxil etməmişdi.

XS
SM
MD
LG