Accessibility links

Belarusda bazar günü nümayişlərində 1000-dən çox etirazçı həbs edilib


Belarus polisi bazar günü prezident Aleksandr Lukaşenkonun istefası və avqust ayında mübahisəli səçkilərdən sonra yeni seçkilərin keçirilməsinin tələb edildiyi etiraz nümayişləri zamanı 1000-dən çox insanı həbs edib.

Vesna insan haqları qrupu həbslərin əksəriyyətinin Minskdə edildiyini, qara geyimdə olan təhlükəsizlik qüvvələrinin minlərlə nümayişçini dağıtmaq üçün gözyaşardıcı qaz və səsli bombasından istifadə etdiyini bildirib. Bir mağazada maskalı təhlükəsizlik işçiləri tərəfindən iki nəfərin döyüldüyü deyilib.

Belarus Jurnalistlər Birliyi Minsk və digər şəhərlərdə həbs edilənlər arasında dördü Azadlıq Radiosunun Belarus xidmətinin jurnalisti olmaqla, azı 18 jurnalistin də olduğunu bildirib.

Etirazçıların əllərində Belarusda siyasi müxalifətin simvolu olan qadağan olunmuş ağ-qırmızı bayraqlar və cümə axşamı maskalı təhlükəsizlik qüvvələri tərəfindən döyüldükdən sonra xəstəxanada vəfat edən 31 yaşlı Raman Bondarenkonun xatirəsinə həsr olunan plakatlar olub.

Nümayişçilər Bondarenkonun son “Mən çıxıram” və “Lukaşenko! Tribunal!” şüarları səsləndirib.

Mobil internetin fəaliyyəti dayandırılmış, paytaxtın mərkəzindəki bir neçə metro stansiyası bağlanmış, bir neçə küçə və meydan isə polis tərəfindən mühasirəyə alınmışdı.

Qomel, Qrodno, Moqilyov ve diğer şəhərlərdə keçirilən daha kiçik nümayişlər zamanı da həbslərin edildiyi bildirilib.

Seçkilərin saxtalaşdırıldığını və əsl qalibin özü olduğunu deyən müxalifət lideri Svetlana Tixanovskaya bazar günü nümayişçilərə qarşı zorakılığı dağıdıcı adlandırıb və nümayişçilərə beynəlxalq dəstək verilməsinə çağırıb.

"Müttəfiqlərimizdən Belarus xalqı və insan haqlarının müdafiəsinə qalxmalarını istəyirik. Bizim yaralılar üçün humanitar dəhlizə, mediaya dəstəyə və cinayətlərin beynəlxalq istintaqına ehtiyacımız var" - deyə, Tixanovskaya Twitter səhifəsində yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Rusiyaya qarşı əlavə sanksiyaların mümkünlüyünə işarə edib
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG