Accessibility links

Lukaşenko Putinlə Soçidə görüşür


Belarus prezidenti Alexandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq üçün bazar ertəsi Qara dənizin kuror şəhəri Soçiyə gedib. Lukaşenkonun keçən ay mübahisəli səsvermədə yenidən seçilməsindən sonra ilk görüşəcəyi Rusiya liderindən hökuməti üçün kritik dəstək istəyəcəyi gözlənilir.

Bu arada, Cenevrədə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının rəhbəri bazar ertəsi Lukaşenkonun yenidən seçilməsinə qarşı etirazlar zamanı insanların işgəncələrə məruz qalmaları barədəki iddiaların araşdırılmalı olduğunu bildirib.

"Onların miqyası və sayını nəzərə alaraq, təhlükəsizlik qüvvələri tərəfindən işgəncə və digər pis rəftarlarla bağlı bütün iddialar sənədləşdirilməli və cinayətkarlarin ədalət məhkəməsinə cəlb edilməsi üçün araşdırılmalar aparılmalıdır" - deyə, BMT-nin açılış iclasında İnsan Haqları Şurasnın rəhbəri Mişel Başele bildirib.

Şura zorakılıqla əlaqədar təcili müzakirələr aparacağını deyib.

Bazar günü nümayışləri Lukaşenko əleyhinə ən böyük etiraz nümayişlərindən biri olub. Azı 100 min insan paytaxt Minskin küçələrinə çıxıb.

İzdiham hökumət binalarının yerləşdiyi bölgəyə doğru irəliləyib və "Yaşasın Belarus" və "Sən siçovulsan" şüarlarını səsləndirərək, Lukaşenkoya lağ edib. Yüzlərlə qalxanlı polis işçisi yolu bağladığı üçün etirazçılar onlara “faşistlər” - deyə, bağırıb.

Polis paytaxtda 400-dən çox etirazçının həbs edildiyini və həbslərin axşama qədər davam etdiyini bildirib.

Rusiyanın İnterfaks xəbər agentliyinin bildirdiyinə görə, etirazçıları Belarus rəhbərliyinin yaşadığı ərazidən uzaqlaşdırmaq üçün polis havaya atəş açıb.

Rusiya Belarusa dəstəyini bildirib və ehtiyac duyulduğu təqdirdə OMON göndərməyi təklif edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG