Accessibility links

Belarus dövlət televiziyasının aparıcıları: Artıq susmaq istəmirik!


Prezident seçkilərinin saxtalaşdırılmasına qarşı etiraz aksiyalarının davam etdiyi və etiraz edən bəzi izləyicilərinın döyüldüyü bir vaxt ölkədə vəziyyətin normal olduğunu deməkdən bezən Belarus dövlət televiziyasının aparıcıları istefa verib.

Televiziya işçiləri avqustun 9-da yenidən qalib gəldiyini elan edən prezident Aleksandr Lukaşenko və onun hökumətinə mesaj göndərmək üçün işini tərk edən polis və zavod işçilərinə qoşulub.

"Əslində hər şey pis olduğu bir vaxt "sabahınız xeyir" demək çətindir", Belarus-1" tele-kanalının "Sabahın xeyir, Belarus" proqramının aparıcısı, komediya ustası və tanınmış simalardan biri olan Andrey Makayonak "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində deyib.

Nümayişlərin üçüncü günü, avqustun 12-i Belarus təhlükəsizlik xidmətlərinin nümayişçilərə qarşı zorakılığının ardınca Makayonakın da işdən gedəcəyini elan etməsindən sonra son günlər azı 6 aparıcı dövlət yayım şirkətindən gedib.

Dövlət televiziyasında xəbərlər və əyləncə proqramlarının üstünlük təşkil etməsi və belarusların böyük əksəriyyəti üçün əsas xəbər mənbəyi olmasnıa görə aparıcıların işlərini tərk etməsi ciddi bir addımdır.

Seçkilərdən sonra 6700-dən çox insan həbs edilib və Telegram kanalları, sosial media şəbəkələri və digər müstəqil media vasitələri Minsk və digər şəhərlərin küçələrində polis zorakılıqlarının dəhşətli görüntüləri və xəbərləri ilə dolu olduğu halda, dövlət televiziyası küçələrdəki toqquşmaların əhəmiyyətini azaldır və ya etirazçıları mənfi şəkildə təqdim edir.

Makayonak milli dövlət radio və televiziya şirkəti Belteleradiodan getmək qərarını teleaparıcı Olqa Bahatıreviçlə birgə verib.

Olqa Bahatıreviç avqustun 12-də İnstaqram səhifəsində milli televiziya kanalından ayrıldığını açıqlayıb. O, mesajında "Biz azıq, amma varıq" yazıb və müxalifətin istifadə etdiyi işarələri qoyub.

Elə həmin gün Müdafiə Nazirliyinin Belarus Televiziyasında yayımlanan "Arsenal" proqramının aparıcısı Vladimir Burko da işindən ayrıldığını elan edib. Həm BT, həm də STV kanalının aparıcısı Vera Karetnikava da eyni addımı atıb.

Onların hamısı işlərini Belarus Televiziyasının xəbər aparıcısı Sergey Kazloviç və STV-nin aparıcısı Tatyana Barodkinanın avqustun 11-də istefasından sonra tərk edib.

Belarus Milli Tele-Radio şirkətinin işçiləri
Belarus Milli Tele-Radio şirkətinin işçiləri

Reform.by saytının bildirdiyinə görə, istefa verməzdən iki gün əvvəl Kazloviç səsverməyə mane olmaq üçün “təxribatçıların” səsvermə məntəqələrini mühasirəyə aldığını bildirib, küçə toqquşmalarına dair reportajlarda isə o, etirazçıları təcavüzkarlar adlandırıb və polisin "təcavüzkar gənclərin" fiziki hücumlarını dəf etmək üçün rezin güllələrdən istifadə etməkdən başqa çarəsinin olmadığını deyib.

İki qızı ilə birlikdə STV-nin "Üç nəfərlik səhər yeməyi" proqramına çıxan Barodkina Facebook səhifəsində "təəssüf ki, uşaqlarım və mən artıq televiziya ekranından gülümsəyə bilməyəcəyik" yazıb.

O, internetdə bloklama olduğu üçün insanların onun yazılarını oxuya biləcəyindən əmin olmadığını yazıb. Buna baxmayaraq, Brodkina izləyicilərini qorxmamağa və "övladlarımızı gələcəkdən məhrum etməməyə" çağırıb.

STV-nin müxbiri Aleksandr Luçonok həmkarlarının efiri nəyə görə tərk etdiklərini belə izah edib: "Hər bir xəbər buraxılışı" strategiyanın bir hissəsi olaraq qəsdən edilən bir hərəkətdir".

"Artıq susmaq istəmirəm!" deyə, o yazıb.

İş yerlərini tərk media işçiləri işdən çıxan polis və təhlükəsizlik işçilərinin artan sıralarına qatılıb.

XS
SM
MD
LG