Accessibility links

Aleksandr Lukaşenko Polşa ilə qarşıdurma istəmədiyini deyib


Varşavanın sərhəddə qalan insanlarla bağlı gərginliyin alovlana biləcəyi xəbərdarlığından sonra, bazar ertəsi Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun Polşa ilə qarşıdurma istəmədiyini, lakin Avropa İttifaqının sərhəddə ilişib qalan 2000 miqrantı qəbul etməsini istədiyini deyib.

Avropa İttifaqı Belarusu Avropanın sanksiyalarına cavab olaraq Yaxın Şərqdən minlərlə insanın ölkəsinə gətirərək, onları Polşa, Litva və Latviya vasitəsilə ittifaqıa üzv ölkələrə keçməyə sövq etməkdə ittiham edir.
Minsk böhranı qızışdırdığını inkar edir.

Polşanın baş naziri Mateuş Moravetski bazar günü Belarus sərhədindəki miqrant böhranının "daha pis bir şeyin" başlanğıcı ola biləcəyi barədə xəbərdarlıq edib. Polşanın sərhəd mühafizəsi qüvvələri Belarus qüvvələrinin hələ də miqrantları sərhədə daşıdığını bildirib.

Dövlətə məxsus Belta xəbər agentliyinin Lukaşenkoya istinadən bildirdiyinə görə, Belasrus prezidenti vəziyyətin gərginləşməsini istəmir.

"Biz bürün polşalılara və hər bir polşalıya bildirmək istəyirik ki, biz qəddar deyilik və biz qarşıdurma istəmirik. Buna ehtiyacımız yoxdur. Çünki biz çox dərinə gedərsə, müharibənin qaçınılmaz olduğunu başa düşürük" - deyə, Lukaşenko bildirib.

Lukaşenko "Bu, fəlakət olacaq. Biz bunu çox yaxşı başa düşürük. Biz hər hansı bir qığılcım istəmirik" deyib.

Polşa vəziyyət düzəlməzsə iki ölkə arasında qatar əlaqəsini kəsəcəyi ilə hədələyib. Lukaşenko belə bir addımın əks nəticə verə biləcəyini bildirib.

Onun sözlərinə görə, belə bir ssenari dəmir yolu hərəkətinin Ukraynanın şərqindəki münaqişə zonasından keçməsinə vadar edə bilər.

Keçən cümə axşamı Avropa Komissiyası və Almaniya Belarusun ərazisində olan 2000 miqrantı qəbul etməsi təklifini açıq şəkildə rədd edib.

XS
SM
MD
LG