Accessibility links

Putin Belarusa 1.5 milyard dollar kredit verir


Rusiya prezidenti Vladimir Putin hakimiyyəti saxlamaq üçün keçən ay keçirilən seçkilərin saxtalaşdırıldığı iddiası ilə həftələrdir keçirilən nümayişlərdən sonra Aleksandr Lukaşenkoya dəstək nümayiş etdirərək, bazar ertəsi Belarusa 1.5 milyard dollar kredit verib.

İki lider Rusiyanın Qara dəniz sahilindəki kurort şəhəri Soçidə görüş təxminən dörd saat davam edib. Putin kreditə dair yalnız bəzi detalları açıqlayıb, lakin Kreml daha sonra bu maliyyənin bir hissəsinin əvvəlki kreditlərin yenidən maliyyələşdirilməsinə sərf ediləcəyini bildirib.

Rusiya həmçinin iki prezidentin ticarət əməkdaşlığını artırmağı və enerji təchizatı məsələlərini müzakirə etdiklərini bildirib.

Lukashenko yeni kreditə görə təşəkkürünü bildirib.

"Əvvəla, sizə təşəkkür etmək istəyirəm, şəxsən sizə və bütün rusiyalılara təşəkkür edirəm. Burada bu seçkidən sonrakı dövrdə bizə dəstək verənlərin adlarını tək-tək sadalamayacağam" - deyə, Lukaşenko bildirib.

Kremlin sözçüsü Dmitri Peskov Lukaşenkonun "Belarusun qanuni prezidenti" olduğunu bəyan edib.

Müxalifət tərəfdarları prezident seçkilərinin nəticələrinə etiraz nümayişlərindən sonra polis zorakılığına qarşı etiraz aksiyası keçirir, Minsk, 13 sentyabr, 2020.13, 2020.
Müxalifət tərəfdarları prezident seçkilərinin nəticələrinə etiraz nümayişlərindən sonra polis zorakılığına qarşı etiraz aksiyası keçirir, Minsk, 13 sentyabr, 2020.13, 2020.

Etirazlara gəlincə isə Putin belə deyib: "Biz belarusların xaricdən göstəriş və təzyiq olmadan, özlərinin bu vəziyyətdən sakit və dialoq yolu ilə çıxmalarını, ortaq bir həll yolu tapmalarını istəyirik".

Putin Rusiya ilə Belarus arasında müdafiə sahəsində əməkdaşlığın davam etdiriləcəyini bildirib. Rusiya xəbər agentliklərinin bildirdiyinə görə, Moskva birgə "Slavyan Qardaşlığı" təlimlərində iştirak etmək üçün Belarusa desant qrupu göndərib.

Belarus rəsmiləri nümayişləri dağıdaraq, bazar günü Lukaşenkoya qarşı yürüşə çıxan təxminən 100 min nəfərdən 774 nəfəri həbs edib.

Lukaşenko ölkəni tərk etmək məcburiyyətində qalaraq Litvaya getmiş müxalifət namizədi Svetlana Tixanovskayanın rəqibi olduğu 9 avqust seçkilərini saxtalaşdırdığını rədd edir.

government is seeking to support the Belarusian
government is seeking to support the Belarusian

Tixanovskaya sosial mediada Belarusa kredit verilməsini tənqid edib.
"Hörmətli rusiyalılar! Sizin vergiləriniz bizim döyülməyimiz üçün ödənəcək." Əminik ki, bunu istəməzsiniz. Bu, Lukaşenkonun aqoniyasını uzada bilər, lakin xalqın qələbəsinə mane ola bilməz" - deyə, o bildirib.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası Belarusdakı zorakılıqlarla əlaqədar təcili yığıncaq keçirəcəyini bildirib.

Bazar günü nümayışləri Lukaşenko əleyhinə ən böyük etiraz nümayişlərindən biri olub. Azı 100 min insan paytaxt Minskin küçələrinə çıxıb.

İzdiham hökumət binalarının yerləşdiyi bölgəyə doğru irəliləyib və "Yaşasın Belarus" və "Sən siçovulsan" şüarlarını səsləndirərək, Lukaşenkoya lağ edib. Yüzlərlə qalxanlı polis işçisi yolu bağladığı üçün etirazçılar onlara “faşistlər” - deyə, bağırıb.

Rusiyanın İnterfaks xəbər agentliyinin bildirdiyinə görə, etirazçıları Belarus rəhbərliyinin yaşadığı ərazidən uzaqlaşdırmaq üçün polis havaya atəş açıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken Avropa müttəfiqləri ilə danışıqlar üçün Almaniyadadır
please wait

No media source currently available

0:00 0:14:30 0:00
XS
SM
MD
LG