Accessibility links

Lukaşenko 6-cı dəfə prezident seçildi


Belarusun seçki rəsmiləri uzun illərdir ölkəyə rəhbərlik edən avtoritar prezidenti bazar günü seçkilərinin qalibi elan edib.

Ölkənin Mərkəzi Seçki Komissiyası bütün bülletenlərin sayılmasından sonra bazar ertəsi Alexander Lukaşenkonun 80.23 faiz səs, onun əsas rəqibi, müxalifətdən namizəd Svetlana Tixanovskayanın isə 9.9 faiz səs topladığını bildirib.

Bu arada, hüquq-mühafizə orqanları bazar günü polisi səsvermədən sonra etirazları dağıtmağa çalışarkən bir nəfərin öldüyünü və onlarla insanın yaralandığını, yüz etirazçının həbs edildiyini bildirib. Polis bazar günü gecə Minsk küçələrinə çıxan minlərlə etirazçıya qarşı əl qumbarası, gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

Nəticələrin saxtalaşdırıldığına inanan müxalifət tərəfdarları bazar ertəsi axşam Minskdə daha böyük etiraz aksiyası keçirməyi planlaşdırır.

Baş qərargahından danışan Tixanovskaya seçki nəticəsini tanımadığını deyib.

Etirazlar Gomel, Grodno, Vitebsk və Brest də daxil olmaqla, Belarus şəhərlərində də keçiridiyi və həmin şəhərlərdə də polisin gözyaşardıcı qazdan istifadə etrdiyi bildirilib.

"Biz artıq qalib gəldik, çünki qorxumuzu, biganəliyimizi və laqeydliyimizi dəf etdik" - deyə, Tixanovskaya bildirib.

Nəticələrə qarşı sərt bəyanat hazırda həbsdə olan keçmiş bank sahibi Viktor Babarın təşviqat rəhbəri Mariya Kolesnikova tərəfindən də verilib.

Kolesnikova "İlk dəfə hakimiyyətə xalqın əksəriyyətinin elektoral dəstəyi olmadı. Görürük ki, hakimiyyət ölkəni daha idarə edə bilmir" deyib.

XS
SM
MD
LG