Accessibility links

Beynəlxalq hava yolları şirkətləri Belarusun hava məkanından keçməkdən imtina edib


Minsk hökumətinin sərnişin təyyarəsini enməyə məcbur etməsindən və avtoritar prezident Aleksandr Lukaşenkonu tənqid edən müxalifət blogerinin həbsindən sonra hava yolları şirkətləri Belarusun hava məkanından keçməmək üçün uçuşlarını başqa səmtdən istiqamətləndirib.

Lufthansa, KLM, SAS, Air France, LOT və Singapore Airlines Avropa-Asiya arasında böyük bir dəhliz boyunca Belarus üzərindən uçuşlarını dayandıran aviaşirkətlər arasındadır. Bu hava yolları şirkətləri hər reys üçün Minsk hökumətinə 300-dən 900 dollara qədər valyuta ödəyir.

Avropa İttifaqının zirvə toplantılarına sədrlik edən Çarls Mişel uçuş qadağanlarını "Avropa hərəkətdədir" adlandıraraq, tvitter səhifəsinə Belarus üzərindən heç birt əyyarənin uçmadığını göstərən xəritənin şəklini yerləşdirib.

Avropa Şurasının sədri Çarls Mişel
Avropa Şurasının sədri Çarls Mişel

Belarus təyyarələrinin Avropa İttifaqı şəhərlərinə uçmalarına qadağa ehtimalı da var. Belə olduğu halda dənizə çıxışı olmayan Belarus öz ərazisinə yalnız yaxın müttəfiqi Rusiya ilə şərq sərhədindən keçəkər çatmalı olacaq.

Lukaşenko Afinadan Litvanın Vilnüs şəhərinə uçan Ryanair təyyarəsini bazar günü Minskə endirmək üçün təyyarədə bomba olduğu ilə təhdid edib. Daha sonra isə Belarus rəsmiləri bloger Raman Prataseviçi keçən yay Lukaşenkonun avqust seçkilərində 80 faiz qələbə iddiasına qarşı kütləvi mitinqləri təşviq etməkdə günahlandıraraq həbs edib.

Həmin gecə 26 yaşlı Prataseviçin hökumət əleyhinə nümayişlər təşkil etdiyini etiraf edən bir video yayımlanıb.

Belarusun müxalifətçi blogeri Raman Prataseviç
Belarusun müxalifətçi blogeri Raman Prataseviç

"Ürək və ya digər orqanlarım da daxil olmaqla, səhhətimdə heş bir problemim yoxdur. Polis məmurları mənimlə qanuna uyğun şəkildə davranır" deyib və Minskdə kütləvi etiraz aksiyaları təşkil etdiyini etiraf edib.

Almaniya kansleri Angela Merkel videonu “narahatedici” adlandırıb və sərnişin təyyarəsinin məcburi endirilməsinin “görünməmiş və qəbuledilməz bir hərəkət” olduğunu deyib.

NATO-nun Baş Katibi Yens Stoltenberq dünyanın digər liderlərinin dediyi kimi hadisəni "dövlətin qaçırılması" adlandırıb. Fransa və İrlandiya isə bunu piratlıq kimi xarakterizə edib.

"Əgər buna məhəl qoymasaq, sabah Aleksandr Lukaşenko daha da irəli gedəcək, daha təkəbbürlü, daha qəddar bir şey edəcək" - deyə, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG