Accessibility links

Belarus müxalifətinin lideri sözlər deyil, qlobal fəaliyyətə çağırır


Belarusun müxalifət lideri Svetlana Tixanovskaya prezident Aleksandr Lukaşenkoya istefa etməsi və hakimiyyətin dinc yolla ötürülməsi barədə beynəlxalq təzyiqləri artırmaq məqsədiləbu həftə İsveçrədə səfərdədir. Lukaşenko avqustun 9-da çoxlarının saxtalaşdırıldığı hesab etdiyi seçkilərdə qalib gələrək, yenidən altıncı müddətə seçilib.

Tixanovskaya İsveçrə Parlamentinin prezidenti, BMT rəsmiləri və insan haqları məsələləri ilə məşğul olan özəl qurumlarla görüşlərində ölkəsinə daha çox dəstək verilməsinə səy göstərəcəyini bildirib.

Onun sözlərinə görə, Belarusda vəziyyət pisləşməkdə davam edir. O hazırda ölkədə 207 siyasi məhbusun olduğunu, 1000-dən çox cinayət işinin qaldırıldığını və son aylar hökumətə etiraz etdiklərinə görə, 55 mindən çox insanın həbs edildiyini deyib.

Tixanovskaya həbsdə olan insanların işgəncə, təcavüz və digər qəddarlıqlarına məruz qaldığını bildirib. O bütün siyasi məhbusların sərbəst buraxılmasına və cinayətkarların ədalət mühakiməsinə çıxarılmasına çağırıb. O, ABŞ, Avropa İttifaqı və digər ölkələrə müraciət edərək, Lukaşenkoya vəzifəsini tərk etməsi və xalqının əzablarına son qoyması üçün daha çox təzyiq göstərməyə səsləyir.

“Demokratiya dəyərlərini müdafiə etmək hər ölkənin öz əlindədir. Bunlar yalnız ölkə üçün sözlər olmamalıdir, bunları həyata keçirmək lazımdır. Bu, demokratiya istəyən bütün ölkələr üçün çağırışdır - insan haqları sadəcə sözdə olmamalıdır” - deyə, o bildirib.

Tixanovskaya ABŞ rəsmiləri ilə təmasda olduğunu və seçildikdən sonra Prezident Baydendən güclü dəstək mesajı aldığını deyib. O tezliklə Vaşinqtona səfər təşkil edəcəyinə ümid etdiyini deyib.

XS
SM
MD
LG