Accessibility links

Vətənə qayıtmaqdan imtina edən Belarus idmançısı Polşaya giriş vizası alıb


Öz komandası tərəfindən istəyinə qarşı çıxmaq məcburiyyətində qaldığını deyərək, vətəninə dönməkdən imtina edən belaruslu idmançı bir gün sonra Polşanın Yaponiyadakı səfirliyinə gedib.

24 yaşlı Kristsina Tsimanovskaya ilə əlaqə saxlayan yerli icmanın üzvü onun Polşada sığınacaq istəyəcəyini dediyini bildirib. Polşa konsulluğunun rəsmiləri bunu nə təsdiq edib, nə də suallara cavab verib.

Daha əvvəl Polşa Xarici İşlər Nazirliyinin rəsmisi Marcin Prşidaç twitter səhifəsində Tsimanovskayaya "humanitar viza təklif edilib və istəsə Polşada idman karyerasını davam etməkdə sərbəstdir" - deyə, yazıb.

Sprinter səfirliyin qarşısına saat 17 radələrində nömrəsiz gümüşü mikroavtobusla gəlib. Onun əlində komandasının rəsmi çantası olub və binaya girməzdən əvvəl iki məmurla salamlaşıb.

Birinin əlində Belarusda müxalifətin simvolu sayılan qırmızı və ağ rəngli bayraq olan iki qadın ona dəstək vermək üçün binanın qarşısına gəlib.

Ukrayna Daxili İşlər Nazirliyindəki bir mənbə Reuters xəbər agentliyinə Tsimanovskayanın əri Arseni Jdaneviçin Ukraynaya getdiyini bildirib. Onun həyat yoldaşına qovuşmaq üçün Polşaya gedib-getmədiyi məlum deyil.

Reuters-in ilk olaraq Olimpiada ərəfəsində baş verən diplomatik hadisə - Tsimanovskayanın təyyarəyə minməməsi xəbəri Prezident Aleksandr Lukaşenkonun dəmir yumruqla idarə etdiyi keçmiş Sovet ölkəsi Belarusda ciddi fikir ayrılığına səbəb olub.

Bazar ertəsi qadınların 200 metrlik yarışlarında iştirakını dayandıra nsprinter Türk Hava Yollarına məxsus təyyarəyə minmək üçün hava limanına aparıldığını bildirib.

Telegram vasitəsi ilə Reuters xəbər agentliyinin müxbirinə verdiyi məlumatında idmançı bildirib ki, Belarusun baş məşqçisi bazar günü onun idmançılar şəhərciyindəki otağına gəlib və onun geri dönməli olduğunu deyib.

Lakin o, "Belarusa qayıtmayacağam" deyərək, təyyarəyə minməkdən imtina edib. Daha sonra hava limanında onu müdafiə ertməsi üçün Yaponiya polisinə müraciət edib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG