Accessibility links

Belarusun Müxalifət Şurasının üzvləri istintaqa cəlb olunub


Cümə günü Belarusda yeni yaradılan Müxalifət Şurasının iki aparıcı üzvü prezident Aleksandr Lukashenkonun hakimiyyəti ələ keçirmək cəhdi kimi izah etdiyi cinayət işi ilə əlaqədar istinaqa cəlb olunub.

Onlarla tərəfdarının müşayiəti ilə Maksim Znak və Sarhey Dyleuski istintaq komitəsinin qərargahına gətirilib. Znakın vəkili onun həbs olunacağından narahat olduğunu bildirib. Lakin sonradan o "məshuldar bir müzakirələr" aparılıb və "izahat verdik, işimizə davam edəcəyik" - deyə, bildirib.

Koordinasiya Komitəsi bu həftə Sovet İttifaqının dağılmasından bəri Belarusdakı ən böyük siyasi böhran şəraitində hakimiyyətin təhvil verilməsi məqsədi ilə hökuməti danışıqlara çağırıb.

26 illik hakimiyyəti dönəmində ən böyük etirazlarla qarşılaşan Lukaşenko hazırda geniş ictimai təziqlə qarşı-qarşıyadır. 9 avqust seçkisini saxtalaşdırdığnı bildiriən siyasi rəqiblərinə Olimpiya idmançısı da daxil olmaqla, daha çox ictimai xadim dəstək verməyə davam edir.

Polisin təziqi aksiya iştirakçılarını qorxutmur. Artıq aksiyalar və tətillər Lukaşenko hakimiyyətinin əsas dəstəkçisi hesab olunan fabriklərə yayılıb.

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqtonun Ukrayna böhranını həll etmək üçün diplomatik səyləri
please wait

No media source currently available

0:00 0:27:46 0:00
XS
SM
MD
LG