Accessibility links

Belarus müxalifəti Qərbi ölkənin ərazi bütövlüyünü bir daha təsdiqləməyə çağırır


Belarus müxalifəti Qərb hökümətlərini birlikdə Kremlə Rusiyanın Belarus prezidenti Aleksandr Lukaşenkonu qorumaq üçün Belarusa hərbi müdaxilə etməkdən yayınmalı olduğuna aydınlıq gətirməyə çağırır.

Onlar Qərb ölkələrinin Budapeşt Memorandumunu dəstəkləməyə hazır olduğqlarını elan etmələrini istəyirlər. Budapeşt Memorandumu 1994-cü ildə Belarusun suverenliyi və ərazi bütövlüyünü təmin edən beynəlxalq protokoldur.

Amerikanın Səsi və digər mətbuat orqanlarına verdiyi video müsahibədə sabiq diplomat və başqa ölkəyə sığınmağa məcbur qalmadan öncə Lukaşenkonun seçkidəki əsas rəqiblərindən biri olan Valeri Tsepkalo deyib ki, Qərb Venesuelada Nikolas Maduronun prezidentliyini qeyri-qanuni elan edib, Xuan Quaydonu qanuni rəhbər tanıdığı kimi Svetlana Txinanovskayanı da dərhal ölkənin qanuni rəhbəri elan etməlidir.

Beş il boyunca Belarusun Birləşmiş Ştatlardakı səfiri vəzifəsində çalışan 55 yaşlı Tsepkalo deyib ki, Tsixanovskaya “Belarus Respublikasındakı hər insan” tərəfindən bu ay keçirilən seçkinin real qalibi olaraq görülür. Tsepkalo seçkidən öncə diskvalifikasiya edilməsindin ardınca ölkədən qaçıb. O, həbs olunacağından və ya uşaqlarının oğurlana biləcəyindən qorxub.

Seçkidəki digər iki namizəd səsvermədən öncə həbs olunub. Onlara tanınmış bloger, Tsixanovskayanın həyat yoldaşı Sergey də daxildir. Svetlana və Tsepkalonun həyat yoldaşı Veronika güclərini birləşdirərərək, Tsixanovskayanın kampaniya meneceri ilə birlikdə avqustun 9-da keçirilən seçkidən öncə avtoritar lider Lukaşenkoya qarşı birləşmiş qadın cəbhəsi yaradıblar.

Lukaşenko səslərin 80 faizini qazandığını iddia etsə də, onun rəqibləri və Qərb hökümətləri bunu rədd edir. Avropa İttifaqının liderləri bu həftənin ortalarında seçkinin nəticəsini qəbul etməkdən imtina ediblər. Onlar seçkinin saxtalaşdırılmasında, habelə seçkidən öncə və seçkidən sonra baş verən etirazlarda zorakı repressiyalarda əli olan rəsmilərə sankiya tətbiq etməyi nəzərdən keçirdiklərini bildiriblər.

Belarus prezidenti Aleksandr Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko

“Aİ qısa müddət sonra zorakılıq, repressiya və seçki saxtakarlığına görə məsuliyyət daşıyan xeyli sayda şəxsə qarşı sanksiyalar tətbiq edəcək,” Avropa Şurasının prezidenti Çarls Mişel Aİ liderlərinin fövqəladə sammitinin sonunda bildirib. Avropa İttifaqı rəsmiləri “Belarusda hakimiyyətin ötürülməsi” üçün hökümətlə müxalifət arasında dinc dialoqa çağırırlar.

Valeri Tsepkalo deyib ki, Qərb ölkələri Svetlana Tsixanovskayanı Belarusun seçilmiş prezidenti kimi tanımaqdan başqa Lukaşenkonu legitimləşdirən başqa heç bir addım atmamalıdır və buna Minskə yeni səfirlərin təyin olunması daxildir. “İndi Belarusa yeni səfir göndərməyin,” o bildirib.

Tsepkalo hesab edir ki, beynəxlaq icitmaiyyətini Tsixanovksyanı avqustun 9-da keçirilən seçkinin qanuni qalibi tanıması ölkənin silahlı qüvvələrində Lukaşenkoya olan-qalan dəstəyi aradan qaldıra bilər.

XS
SM
MD
LG