Accessibility links

Belarus məhkəməsi aparıcı müxalif fəalları uzun müddət həbs cəzasına məhkum edib


Mariya Kolesnikova və Maksim Znak

ABŞ Dövlət katibi Antoni Blinken bazar ertəsi uzun müddətdir prezident olan Aleksandr Lukaşenkoya qarşı etiraz aksiyalarını təşkil edən iki belarusluya qarşı çıxarılan hökmü pisləyib.

Müxalif Koordinasiya Şurasının aparıcı üzvləri Mariya Kolesnikova və Maksim Znak bazar günü ekstremizm və hakimiyyəti qanunsuz yolla ələ keçirməyə cəhd etməkdə təqsirli biliniblər. Onların hər ikisi ittihamları rədd edib.

"Biz onların və Lukaşenko rejimi tərəfindən həbs olunan bütün siyasi məhbusların dərhal, qeydsiz-şərtsiz sərbəst buraxılmasına çağırırıq," Blinken Twitter-də yazıb və həbsləri "ədalətsiz" adlandırıb.

Bazar ertəsi Belarus məhkəməsi iki aparıcı müxalifət fəalını uzun müddət həbs cəzasına məhkum edib. Bu, Belarus hökumətinin keçən il hökumət əleyhinə keçirilən etirazlardan sonra fərqli fikirlərə görə etdiyi basqılardan sonuncusudur.

Müxalifətin Koordinasiya Şurasının yüksək səviyyəli üzvü Mariya Kolesnikova keçən ilin sentyabr ayında həbs edilib. Minsk məhkəməsi ona hakimiyyəti ələ keçirməyə cəhd etmək, ekstremist təşkilat yaratmaq və dövlət təhlükəsizliyinə xələl gətirən hərəkətlərə çağırmaq kimi ittihamlarda təqsirli bilərək 11 il həbs cəzasına məhkum edib.

Koordinasiya Şurasının eyni ittihamlarla üzləşən digər aparıcı üzvü, vəkil Maksim Znak 10 il həbs cəzasına məhkum edilib.

2020-ci ilin avqust ayında keçirilən prezident seçkilərindən sonra müxalifətin aylarla davam edən etirazlarının koordinasiyasına yardım edən Kolesnikova rəsmilərin onu ölkəni tərk etməyə məcbur etmək cəhdlərinə müqavimət göstərib.

Kolesnikova və Znakın məhkəməsi bağlı qapılar arxasında keçirilib və ailə üzvlərinin məhkəmədə iştirakına yalnız bazar ertəsi, hökm oxunan gün icazə verilib.

"Çoxları üçün Mariya mətanət və yaxşılıqla pislik arasındakı mübarizənin nümunəsi oldu. Onunla fəxr edirəm. Bu, hökm deyil, bu hökumətin qisasıdır" - deyə, Kolesnikovanın atası Aleksandr bazar ertəsi Associated Press agentliyinə bildirib.

Belarusda müxalifət və Qərbin saxta saydığı 2020-ci ilin avqust ayındakı prezident seçkilərinin nəticəsində Aleksandr Lukaşenkonun altıncı müddətə Prezident seçilməsindən sonra aylarla davam edən etiraz aksiyaları keçirildi. Lukaşenko nümayişlərə kütləvi basqılarla cavab verdi və nəticədə 35 mindən çox insan həbs edilidi, minlərlə insan polis tərəfindən döyüldü.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG