Accessibility links

Belarus polisi yüzlərlə etirazçını həbs edib


Minsk.
Minsk.

Şənbə günü Minskin mərkəzində yüzlərlə etirazçı Belarus polisi tərəfindən saxlanılıb. Hadisə şahidinin sözlərinə görə, 2000-ə yaxın insan şəhərdə yürüş edərək prezident Aleksandr Lukaşenkonun istefasını tələb edib.

Keçmiş Sovet respublikası və Rusiya ilə yaxın müttəfiq olan Belarus Lukaşenko avqustun 9-da keçirilən prezident seçkisində qələbə elan edəndən sonra küçələrdə kütləvi etirazlar keçirilir. Əleyhdarları seçki nəticələrinin saxtalaşdırıldığını bildirirlər. Lukaşenko isə onların iddialarını rədd edir.

Şənbə günü nümayiş keçirən və əksəriyyətinin qadın olduğu etirazçılar onların yolunu kəsən polislə qarşıdurma yaşayıblar.

Bir alış-veriş mərkəzinin önündə onlarla qadın etirazçı yaşıl forma və qara balaklava geyinmiş kişilər tərəfindən mühasirəyə alınblar və onlar "yalnız qorxaqlar qadınları vurur" deyə qışqırıblar.

Saxlanılanlar arasında 73 yaşıı müxalif fəal Nina Baginskaya var. O, ötən ay silahlı polis zbaitləri ilə qarşıdurma yaşayandan spnra etiraz hərəkatının ikonasına çevrilib.

Bir qadın etirazçı huşsuz şəkildə yerdə uzandığı üçün təcili tibbi maşınında xəstəxanay aparılıb.

Lukaşenkonun etirazçılara qarşı təqibləri səbəbilə Avropa İttifaqı onun hökümətinə qarşı yeni sanksiyaları nəzərdən keçirib.

26 ildir Belarusu idarə edən prezident deyir ki, etirazçıları xarici qüvvələr dəstəkləyir. O bu ayın əvvəlində moskvadan 1.5 milyon dollarlıq kredit alıb.

XS
SM
MD
LG