Accessibility links

Belarus Qərbin sanksiyalarını "iqtisadi müharibə elanı" adlandırır


"Belarus Avropa sanksiyalarının yaxın bir iqtisadi müharibə elanı kimi qəbul edir" - deyə, Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik bu bəyanatı ABŞ, Avropa İttifaqı, Britaniya və Kanada tərəfindən təyyarə qalmaqalından sonra bir neçə yüksək səviyyəli Belarus rəsmisinə qarşı sanksiya elan etməsindən sonra yayıb.

Bundan əlavə Aİ Belarusun potaş və neft məhsulları kimi əsas ixrac mallarını da hədəf alan iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırdığını bildirib.

"(Aİ) güya rejimi maddi cəhətdən qurutmaq üçün "əhaliyə qarşı məqsədyönlü dağıdıcı hərəkətlərini davam etdirir. Əslində isə bu, iqtisadi müharibə elanının sərhəddir" , bəyanatda deyilir.

Belarus mayın 23-də Yunanıstandan Litvaya istiqamət alan Ryanair təyyarəsini təcili eniş etməyə məcbur etdikdən sonra müxalif jurnalisti sevgilisi ilə bilikdə həbs edib.

Prataseviç mesajlaşma tətbiqində avtoritar prezident Aleksandr Lukaşenko hökumətinə qarşı etirazların təşkilinə kömək edən bir kanal qurmuşdu.

Həbs olunduqdan sonra 26 yaşlı jurnalist dövlət televizisyasında hərəkətlərinə görə Lukaşenkodan üzr istəyərək göz yaşı töküb. Lukaşenkonun tənqidçiləri Prataseviçin buna məcbur edildiyini bildirir.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG