Accessibility links

ABŞ Ryanair qalmaqalına görə Belarusa uçuşları qadağan etdi


ABŞ ötən ay müxalif jurnalist və rəfiqəsinin tutulmasına səbəb olan sərnişin təyyarəsinin Minskə məcburi endirilməsinə cavab olaraq Belarusa və oradan gələn təyyarə biletlərinin satışını qadağan etdi.

ABŞ Nəqliyyat Nazirliyi iyunun 29-da Dövlət Departamentinin ABŞ və Belarus arasında hava nəqliyyatını məhdudlaşdırmağın ABŞ-ın xarici siyasət maraqlarına uyğun olduğunu müəyyənləşdirərək qadağa haqda sərəncam verib.

Direktivdə aviareyslərin bir neçə aviaşirkət tərəfindən həyata keçirildiyi bir aviaşirkət vasitəsilə sifariş olunduğu "interline" səyahət qadağaları var.

Humanitar və ya milli təhlükəsizlik səbəbləri daxil olmaqla, ABŞ-ın maraqlarına uyğun olarsa, fərdi qaydada istisnalara icazə verilir.

Aksiya simvolik bir hərəkət olaraq görülür, çünki ABŞ və Belarus arasında sərnişin axını məhduddur.

Aİ, ABŞ, Britaniya və Kanada Ryanair təyyarəsinin məcburi endirilməsi ilə əlaqədar Belarusa sanksiyalar tətbiq edib, bunlar arasında səhmlərin dondurulması və Lukaşenko administrasiyasından onlarla məmur, millət vəkili və nazirlərinə və Lukaşenkonun ailə üzvlərinə, həmçinin Belarus qurumlarına qarşı tətbiq olunan viza qadağaları da var.

ABŞ administrasiyası da Belarusun doqquz dövlət müəssisəsinə qarşı sanksiya elan edib, Aİ ötən həftə Minskin əsas ixracat sahələrinə və maliyyəyə çıxışına məhdudiyyətlər qoyub.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG