Accessibility links

Avropa İttifaqı səfirləri Belarus rəsmilərinə qarşı yeni sanksiyaları təsdiqlədi


Avropa İttifaqı səfirləri Ryanair hadisəsi və Belarusdakı repressiyalarla əlaqədar Belarus hakimiyyət orqanlarına qarşı yeni sanksiyaları təsdiqləyiblər.

Azadlıq Radiosunun Brüsseldəki müxbiri Rikard Yozvyak bildirir ki, viza məhdudiyyətləri və hesabların dondurulması ölkədəki repressiyadan məsul olan 78 nəfəri və 7 təşkilatı əhatə edir.

Yaxın günlərdə başqa bir təşkilatın da “qara siyahı”ya salınması planlaşdırılır.
Belarusa qarşı əlavə sanksiya qərarlarının Aİ xarici işlər nazirlərinin görüşəcəyi 21 iyun tarixində gözlənilir.

İyunun 10-da Avropa Parlamenti Belarusla bağlı bir qərar qəbul edib və Afinadan Vilnüsə uçan Ryanair təyyarəsinin məcburi şəkildə Minskə endirilməsi səbəbindən başqa bir sanksiya paketi tətbiq etməyi tövsiyə edib.
Avropa İttifaqı Belarus rəsmilərinin nümayəndələrinə qarşı üç sanksiya paketini tətbiq edib. Məhdudiyyətlər bir neçə müəssisəyə də aiddir.

Ümumilikdə 84 nəfər Aİ-nin sanksiya siyahısına daxil edilib və onların blok ölkələrinə girişləri qadağandır. Siyahıya Aleksandr Lukaşenko, oğlu Viktor, Belarus MSK-nın başçısı Lidiya Yermoşina, Təhlükəsizlik İdarəsinin (KGB-nin) başçısı İvan Tertel, İstintaq Komitəsinin sədri İvan Naskeviç, Baş Prokuror Andrey Şved və digər təhlükəsizlik işçiləri, habelə hakimlər və seçki komissiyalarının başçıları daxildir.

XS
SM
MD
LG