Accessibility links

Aİ Belarusa qarşı əlavə sanksiyaların tətbiqinə hazırlaşır


Avropa İttifaqı Belarusa qarşı beşinci sanksiyalar paketini qəbul etməyə hazırlaşır. Bu sanksiyalara 17 nəfər və 12 qurum əlavə olunacaq. Çünki qurum Minskin sərhəddə minlərlə miqrantı bərbad vəziyyətdə qoyan böhranı təşkil etdiyini iddia edir.

AzadlıqRadiosu bu siyahının nüsxəsini dekabrın 1-də Aİ səfirləri tərəfindən qəbul edilməzdən əvvəl əldə edib. Siyahıya daxil olanlar milli aviaşirkət Belavia və blokun şərq cinahındakı sərhədə əsasən Yaxın Şərqdən olan miqrantlara yardımda iştirak etməkdə ittiham olunan turizm şirkətləridir.

Bundan əlavə, siyahıya bir neçə hakim və digər məhkəmə xadimləri də daxildir.

“Belarusdakı vəziyyətin ağırlığını nəzərə alaraq, 17 şəxs və 12 təsisat məhdudlaşdırıcı tədbirlərə məruz qalan şəxslər və qurumlar siyahısına daxil edilməlidir...” - deyə, blok üzvlərinin bu ayın əvvəlində razılaşdırdıqları sanksiyalara düzəlişdə deyilir.

Aİ mübahisəli prezident seçkilərindən sonra Belarusda hakimiyyətdə qaldığı vaxtdan bəri davam edən genişmiqyaslı repressiyalara görə tətbiq edilən Lukaşenkonu miqrantların uçmasına icazə verməklə, sonra onları blokun sərhədlərinə keçirməklə “hibrid müharibəsi” aparmaqda ittiham edir.

Belarus və Avropa İttifaqı arasında qarşıdurma zamanı Polşa, Latviya və Litva minlərlə miqrantın dondurucu temperaturda düşərgə saldığı sərhədi bağlamaq üçün hasarlar çəkərib, minlərlə sərhədçi, əsgər və polisi əraziyə yerləşdirib. Yardım qruplarına görə, son aylarda ən azı 11 miqrant ölüb.

Belavia məsələsində Aİ bildirir ki, blok bütün Belarus aviaşirkətlərinə uçuş hüquqlarını geri götürdükdən sonra Lukaşenko şirkətə dəstək vəd edib. Bu arada aviaşirkət, sənədə əsasən, işçilərinə seçkilərin nəticələrinə və sonradan müxaliflərə qarşı repressiyalara etiraz etməkdən çəkinməyi tapşırıb.

“Aİ-nin sərhədini keçmək istəyən miqrantlar bir sıra Yaxın Şərq ölkələrindən Belavia şirkətinin həyata keçirdiyi reyslərlə Minskə uçurlar... Bunu asanlaşdırmaq üçün Belavia yeni hava yolları açıb və mövcud marşrutlar üzrə uçuşların sayını artırıb” - deyə, Aİ-nin sənədində deyilir.

“Belaviya buna görə də Lukaşenko rejiminin Aİ-nin sərhədlərinin qeyri-qanuni keçməsini asanlaşdıran fəaliyyətlərə töhfə verib” - deyə, qurum əlavə edir.

Belarus hakimiyyəti bu yaxınlarda sərhəddəki müvəqqəti miqrant düşərgələrini təmizləyib və 2000-ə yaxın insanı sığınacağa çevrilmiş anbara köçürüb, eyni zamanda geri dönüş uçuşlarına icazə verib.

Belarusda ilişib qalan bu miqrantlardan bəziləri iqtisadi çətinliklərdən və ya Aİ-də yeni həyata başlamaq üçün qaçqın düşərgələrində yaşamaqdan xilas olmaq üçün minlərlə dollar xərclədiklərini, ancaq Polşa və Belarus hakimiyyətləri tərəfindən pis rəftar gördüklərini deyirlər.

Lukaşenko Aİ-ni miqrantların ölkəyə girişindən imtina edərək beynəlxalq sığınacaq qanunlarına əməl etməməkdə ittiham edir.

Böhran Rusiya ilə Aİ arasında gərginliyi daha da artırıb. Keçənilki seçkilərdən sonra müxalifətin etirazlarını yatırarkən Lukaşenkoya dəstək verən Rusiya prezidenti Vladimir Putin də Aİ ilə miqrant qarşıdurmasında Belarusu dəstəkləyib.

XS
SM
MD
LG