Accessibility links

Belarus təhlükəsizlik qüvvələri Minskdə nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib


Minskdə müxalifətin mitinqi, 1 noyabr, 2020.

Belarus təhlükəsizlik qüvvələri bazar günü paytaxt Minskdə xəbərdarlıq atəşi açıb və 12 həftə əvvəl keçirilən mübahisəli prezident seçkilərindən sonra baş qaldıran hökumət əleyhinə etiraz nümayişlərinin iştirakçılarını həbs etməyə başlayıb.

Minlərlə nümayişçi demək olar ki, gündəlik keçirilən etiraz aksiyaları və Aleksandr Lukaşenkonun istefası və yeni səsvermə tələblərinin bir hissəsi olaraq noyabrın 1-də Minskdə paralel yürüşlərdə iştirak edib.

İnsanlar sovet dövrü repressiya qurbanlarının məşhur abidəsinə doğru irəlilədikcə yük maşınları və məhbusların saxlanılması üçün avtobusların şəhər boyu cərgələrini görmək mümkün olub.

Lakin bir qədər sonra hüquq-mühafizə orqanları nümayişçilərdən ibarət qrupları havaya atılan xəbərdarlıq atəşləri ilə hədəf alıb və kütləni dağıtmağa çalışarkən bibər qazı və dəyənəklərdən istifadə edib.

Bəzi sürücülərin məhbusları aparmaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinin hərəkətinə mane olmağa çalışdığı müşahidə edilib.

Bir gün əvvəl polis avqustun 9-u seçkilərinin qalibi elan edildiyi gündən bəri kütləvi repressiyalar təşkil edən və minlərlə insanı həbs edən Lukaşenkoya təzyiq göstərmək məqsədilə yüzlərlə qadının Minskdə yürüş keçirdiyi zaman onlarla insanı həbs edib.

Ölkənin müxalifət liderlərinin əksəriyyəti ya həbs olunub və ya səslərin Lukaşenkonun xeyrinə saxtalaşdırıldığını və özünü seçkilərin qanuni qalibi hesab etdiyini bildirən prezidentliyə namizəd Svetlana Tixanovskaya da daxil olmaqla ölkəni tərk etməyə məcbur edilib. O özünə və ailəsinə qarşı təhdidlər altında səs verdikdən sonra Belarusiyadan Litvaya gedib.

Tixanovskaya oktyabrın 26-dan etibarən təhlükəsizlik tədbirləri və müxaliflərə qarşı daha qəddar addımlarla qarşılanan "milli tətil" çağırışı edib.

Müxalifət 26 ildir ölkə prezidenti olan Lukaşenkonun hakimiyyətdən getməsi üçün oktyabrın 25-i gecə yarısına qədər son möhlət təyin etmişdi.

Lukaşenko yeni güc nümayişi ilə cavab verərək, oktyabrın 30-da yenidən təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşüb və etirazçıları “sərt tədbirlər” ilə hədələyib.

"Vyasna" insan haqları təşkilatı oktyabrın 31-də Belarusun Minsk, Qrodno və digər şəhərlərində təxminən 40 nəfərin saxlanıldığını bildirib.

Noyabrın 1-i mitinqləri Minsk ətrafında Kurapatıda dəfn edilən sovet dövrü qətliamları qurbanlarının xatirəsinə illik yürüşün keçirilməsinə təsadüf edir.

Parallel yürüşlərin on minlərlə insanı cəlb etdiyinə görə mobil telefonların əhatə dairəsinin bir çox bölgədə kəsildiyi bildirilib.

Şərhlərə bax

XS
SM
MD
LG